Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Sizin nəslinizdə kök insan yoxdur ki?" — Azərbaycanlı aktrisa əsəbləşdi + FOTO

Tarix: 24-10-2018 22:19     Baxış: 3653 A- / A+
"Sizin nəslinizdə kök insan yoxdur ki?" — Azərbaycanlı aktrisa əsəbləşdi + FOTO

Manevr.az aktrisa Xuraman Əlizadənin milli.az-a müsahibəsini təqdim edir:
- Xuraman xanım, uzun illər teatrda çalışmısınız. Hal-hazırda bu sənət ocağı üçün darıxırsınız?

- Bəzən darıxıram, bəzən də yox.

- Ən çox hansı rolunuz üçün darıxırsınız?

- Rol yox, tamaşa üçün darıxıram. "Ələddinin sehrli çırağı", "Nənənin kələyi" tamaşalarında iştirak etmişəm. Tərəf müqabillərim o dövrün ən məşhur və korifey sənətkarları olub. Teatrda həm insan, həm də heyvan rolları oynamışam.

- Alleqorik tamaşalara münasibətiniz necədir?

- Çox yaxşı. Gənc Tamaşaçılar Teatrında 9 ay ştatdan kənar işləyəndən sonra məni ştata "Dovşanın ad günü" tamaşasındakı heyvan obrazı ilə götürmüşdülər. 18 yaşından teatrda işləyirdim. 2008-ci ildə öz xahişimlə ərizəmi yazıb teatrdan getdim. Mən elə bilirdim ki, orda olan bir çoxu mənim dostumdur. Sən demə, elə iş yoldaşlarım imiş. Onlara sizin vasitənizlə demək istəyirəm ki, hərdən məni də yada salsınlar, tamaşalarına dəvət etsinlər. Vallah, dəvət etsələr, gedib sevə-sevə baxaram.

- Yenidən teatra qayıtmaq istərdiniz?
- Bilmirəm vallah! Mən çox istəyirəm qayıdım, amma düşünürəm ki, işlərimlə çatdıra bilməyəcəyəm. Çünki hal-hazırda həm televiziya, həm də xına məclisləri ilə məşğulam.

- Qazancınız hardandır?

- Qazancım yalnız toy, xınadan və televiziyadandır. Toydan toy tuturam, xınadan xına. Tamaşaçı yaxınlaşır, məni bəyəndiklərini söyləyir və nömrəmi alırlar. Mənim üçün insanlarla əlaqə qurmaq çox asandır.

- Siz işdə olarkən övladınıza kim baxır?

- Övladıma dayə baxır. Ev işlərini də, mətbəxi də özüm idarə edirəm. Nə olursa olsun mətbəximi heç kimə etibar edə bilmirəm.

- İnstaqram sosial şəbəkəsində yazılan tənqidlər sizə necə təsir edir?

- Yazırlar ki, köksünüz, əməliyyat etdirin. Bəyəm sizin nəslinizdə kök insan yoxdur? Kök olanda nə olar ki? Bəzən əsəbləşirəm, bəzən də gülüb keçirəm. Amma bəzən də məndən hansısa yeməyin hazırlanma qaydasını soruşurlar. Bu zaman yeməyi hazırlayıb, əyani şəkildə onlara göstərirəm.
"Sizin nəslinizdə kök insan yoxdur ki?" — Azərbaycanlı aktrisa əsəbləşdi + FOTO

"Sizin nəslinizdə kök insan yoxdur ki?" — Azərbaycanlı aktrisa əsəbləşdi + FOTO



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar