Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır

Tarix: 05-10-2018 12:03     Baxış: 3540 A- / A+
Azərbaycanda 1,3 milyon insan əmək pensiyası alır



Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fransanın Milli Yaşa görə Pensiya Sığortası Kassasının (CNAV) direktoru Reno Viyar ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, S.Babayev ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətlərdən, əhalinin sosial müdafiəsi və təminatı sahəsində həyata keçirilən islahatlardan söz açıb. Qeyd edib ki, bu gün nazirlik tərəfindən ümumilikdə 4,8 milyon insana əmək, məşğulluq, sosial təminat, sosial sığorta üzrə 120-dən çox xidmət göstərilir. Ölkəmizdə 1,3 milyon insan əmək pensiyası alır. Bundan əlavə, 480 mindən çox insan aylıq sosial müavinətlə, 50 min ailə sosial yardımla, 63,4 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə, 15 minədək insan səyyar və stasionar sosial xidmətlərlə təmin olunur. 620 mindən çox əliliyi olan şəxsə dəstək göstərilir. Ölkənin ümumi inkişafı bu sosial təminat növlərinin artımı ilə müşahidə olunur. Nazir pensiya və müavinətlər sahələrində avtomatlaşdırılmış, tam şəffaf, müasir idarəçilik və xidmət mexanizmlərinin qurulması, xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması yönündə aparılan islahatlar barədə də məlumat verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar