Sizin Reklam Burada
Xəbər lenti
01 iyun
31 may
BÜTÜN XƏBƏRLƏR

"Real TV"-nin lisenziyasına xitam verildi- RƏSMİ

Tarix: 14-05-2020 20:49     Baxış: 4113 A- / A+
"Real TV"-nin lisenziyasına xitam verildi- RƏSMİ

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı lisenziyasına xitam verilməsi haqqında müraciətinə baxılıb.

Hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarıb.

İclasda, həmçinin, 7-10 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

9 may 2020-ci il tarixdə “ARB” televiziya kanalının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar