Sizin Reklam Burada
Xəbər lenti
05 aprel
04 aprel
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası: Koronavirusla bağlı xəbərlər ciddi şəkildə diqqətdə saxlanılacaq

Tarix: 04-03-2020 17:40     Baxış: 472 A- / A+
Mətbuat Şurası: Koronavirusla bağlı xəbərlər ciddi şəkildə diqqətdə saxlanılacaq


Son günlər Azərbaycan mediası koronavirus, onun dünyadakı təsirləri, ölkəmizdəki vəziyyət barədə məlumatlara daha çox üstünlük verməkdədir və bu təbiidir. Mətbuat Şurasının müşahidələri göstərir ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimizin mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab verir. Bununla belə media məkanımızda virusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinməkdədir.

MŞ-dən bildirilib ki, bəzi media orqanlarının, xüsusən də xəbər saytlarının koronavirusla bağlı təqdimatları peşəkarlıqdan tam uzaqdır. Onların reytinq qazanmaq naminə həyata keçirildiyi şübhə doğurmayan fəaliyyətlərində real vəziyyət nəzərə alınmır. Belə yanaşma cəmiyyəti yanlış yönləndirmək cəhdidir. Buna qarşı isə müvafiq hüquqi addımların atılması mütləqdir.

Mətbuat Şurası hesab edir ki, xəstəlik epidemiyasıyla əlaqədar kütləvi çaşqınlıq, hansısa idarəolunmaz durumun yarandığına dair fikirlərin təqdimatı yolverilməzdir: "Media məsələyə münasibətdə həssas davranmalı, yalnız həqiqətləri işıqlandırmalı, müxtəlif sosial şəbəkələr vasitəsilə dövriyyəyə buraxılmış mülahizələrin reallıq kimi insanlara çatdırılmasından uzaq durmalıdır. Jurnalistlər nəzərə almalıdırlar ki, yayılmış yalanın mənfi təsiri xəstəliyin özünün neqativ təsirlərindən daha güclüdür".

KİV-lərin belə durumlarda nümayiş etdirdiyi həssaslıq, soyuqqanlılıq ən böyük peşəkarlıq göstəricisidir. Peşəkarlıq rəsmi qurumların məlumatlarına istinad, müxtəlif yollarla əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır.

"Azərbaycan Mətbuat Şurası bunları bəyan edərək bildirir ki, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılacaqdır. Qurum rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş materialların hüquq çərçivəsində qiymətləndirilməsi üçün səlahiyyətləri daxilindəki bütün tədbirləri görəcək.

Mətbuat Şurası KİV təmsilçilərini indiki şəraitdə cəmiyyət üçün həssas olan mövzunun işıqlandırılmasında obyektivlik nümayişinə, tələskənliyə yol verməməyə, yalnız həqiqətləri qələmə almağa çağırır", - MŞ-nin məlumatında bildirilir.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar