Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Space TV"dən Elçin Əlibəyli ilə bağlı AÇIQLAMA

Tarix: 19-11-2019 13:21     Baxış: 3268 A- / A+
"Space TV"dən Elçin Əlibəyli ilə bağlı AÇIQLAMA


Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Space TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan rəsmi cavab verilib.

Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, Space TV-nin mətuat xidmətindən verilən məlumata görə, "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli sosial şəbəkələrdə normal düşüncəyə və sağlam məntiqə sığmayan video-çağırış yayıb:

"Hesab edirik ki, bu çağırışla Elçin Əlibəyli özü ilə bağlı gülünc fikir yaradıb və belə bir şəxsin Space TV-də işləməsi tamaşaçılara sayğısızlıq ola bilər. Buna görə, onunla bağlanmış müqavilə Space TV tərəfindən ləğv edilir".

Qeyd edək ki, iki gün öncə Elçin Əlibəyli Space TV-nin efirində apardığı "El bizim, sirr bizim" verilişinin çəkilişində vətənimizi və Azərbaycan televiziya məkanını aşağılayan çıxışını paylaşmışdı:

"Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün "Sənətin, peşənin aşağılandığı yerdə olmaram" şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram".
Space TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar