Sizin Reklam Burada
Xəbər lenti
10 dekabr
09 dekabr
BÜTÜN XƏBƏRLƏR

Erməni jurnalistlərin Bakıda, azərbaycanlı jurnalistlərin isə İrəvanda olması xəbəri YAYILIB

Tarix: 18-11-2019 19:01     Baxış: 369 A- / A+
Erməni jurnalistlərin Bakıda, azərbaycanlı jurnalistlərin isə İrəvanda olması xəbəri YAYILIB

Ermənistandan olan jurnalistlər bazar günü Azərbaycana səfərə gəlib.

Manevr.az xəbər verir ki, bu barədə "BBC News" Azərbaycancaya danışan Turan İnformasiya Agentliyini redaktoru Şahin Hacıyev deyib ki, qeyri-rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistandan olan jurnalistlər bazar günü Bakıya gəliblər.

Şahin Hacıyev deyib ki, ona səfərin təşkilatçısının Rusiya Xarici İşlər Nazirliyi olduğu bildirilib.

Rusiyanın Azərbaycandakı səfirliyindən "BBC News" Azərbaycancaya bildirilib ki, onlarda səfər barədə məlumat yoxdur.

Onun sözlərinə görə, hazırda jurnalistlərin müxtəlif görüşlər keçirdiyi bildirilib, amma rəsmi qurumlar bu məlumatı təsdiq etmirlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, Ermənistandan olan jurnalistlərin Bakıya səfər etməsi barədə onun məlumatı yoxdur.

Azərbaycanlı jurnalistlərin isə hazırda İrəvanda səfərdə olduğu bildirilir, bu barədə İrəvan müxbirimiz xəbər verir.

Humanitar Araşdırmalar İctimai Birliyinin sədri Əvəz Həsənov da BBC News Azərbaycancaya Ermənistandan olan jurnalistlərin səfərləri barədə məlumatsız olduğunu bildirib.

O deyib ki, "adətən, belə səfərlər olduqda mən və ya mənim ətrafımda olan tanışlar bu barədə məlumatlı olurlar, onlarla görüşürlər, amma bu dəfə heç bir məlumatım yoxdur".

"Ola bilsin heç səfər olmayıb, ya da planlaşdırılır, amma indidən xəbər yayıb rəyi öyrənməyə çalışırlar", Əvəz Həsənov deyib.

Əvəz Həsənov onu da deyib ki, "1999-cu və 2001-ci illərdə ATƏT-in Minsk qrupunun təmsilçisi Anjey Kaspşik belə bir səfər təşkil etmişdi və ondan sonra belə qrup səfərləri təkrarlanmayıb".

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev səfərin təfərruatları haqqında məlumatları olmadıqlarını deyiblər.

Bazar ertəsi günü bir neçə jurnalist Xarici İşlər Nazirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

Onlar əllərində "Ermənilər Bakını tərk etsin" yazılmış şüarlar tutublar.

Bu ilin əvvəlində Turan İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev 20 ildən sonra Ermənistana səfər etmişdi.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar