Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Mətbuat Şurası haqqında” qanuna ehtiyac var” – ƏFLATUN AMAŞOV TƏKLİFİNDƏ İSRARLIDIR

Tarix: 01-10-2019 22:19     Baxış: 3192 A- / A+
“Mətbuat Şurası haqqında” qanuna ehtiyac var” – ƏFLATUN AMAŞOV TƏKLİFİNDƏ İSRARLIDIR
Biz internet medianın cəmiyyət həyatına təsirindən söz açırıq. Bunu aktual məsələ kimi qabardırıq. Həqiqətən də internet üzərindən yayımlanan kütləvi informasiya vasitələrinin cəmiyyət həyatına təsiri artıb.

Təsəvvür edin ki, hazırda Mətbuat Şurasına daxil olan şikayətlərin təxminən 80-85 faizi internet media orqanlarının fəaliyyətindəndir. Şura ictimai qınaq müstəvisində öz işini görür. Amma ictimai qınaq yetərlidirmi?

Manevr.az xəbər verir ki, bunu etikxeber.az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov “Mətbuat Şurası haqqında” qanun layihəsinin hazırlanması və qəbul olunmasının zəruriliyi məsələsinə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, yalnız bu qınaq növü ilə kifayətlənmək olmaz.
“Mətbuat Şurası haqqında” qanuna ehtiyac var” – ƏFLATUN AMAŞOV TƏKLİFİNDƏ İSRARLIDIR

“Deməli, yeni mexanizm seçilməlidir.

Ancaq biz köhnə dövrə də qayıda bilmərik.

Yəni, media üzərində dövlət nəzarəti qurula bilməz.

Mövcud durumda ən optimal çıxış yolu “Mətbuat Şurası haqqında” qanunun olmasıdır.

Qanun imkan verəcək ki, medianın özünütənzimləmə funksiyası saxlanılmaqla, müəyyən cəza mexanizmləri tətbiq olunsun.

Bu, daha çox məsuliyyətin artırılması tədbiridir.

Qanun həm də ona görə lazımdır ki, bütövlükdə media sahəsinə vahid baxış tətbiq edilsin…”-deyə, Ə.Amaşov sözlərinə əlavə edib.

Xatırladaq ki, Ə.Amaşov bu təkliflə bir xeyli müddət öncə parlamentin plenar iclasında, eləcə də, üzvü olduğu Mədəniyyət komitəsinin iclasında çıxış edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar