Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Baş Prokurorluq KİV-ə müraciət etdi: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıq

Tarix: 16-08-2019 11:38     Baxış: 3164 A- / A+
Baş Prokurorluq KİV-ə müraciət etdi: İntihar hadisələrinin ictimailəşdirilməsini doğru saymırıq


Bir çox mütəxəssislər hesab edirlər ki, KİV-də intihar xəbərlərinin yer alması belə hadisələrinin insanların gözündə adiləşməsinə gətirib çıxarmaqla yanaşı, həyatda ümidsizliyə qapılıb psixoloji sarsıntı keçirən insanların diqqətini cəlb edir və onlarda intihar meyllərini artırır.

Manevr.az xəbər verir ki, bununla bağlı trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, prokurorluq intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir:

"Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümüdsüzliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir".

Baş Prokurorluğun sözçüsünün sözlərinə görə, intiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər:

"İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveç adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar