Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İnsanların mətbuata olan inamı itir” – Qulu Məhərrəmli

Tarix: 03-08-2019 16:28     Baxış: 3224 A- / A+
“İnsanların mətbuata olan inamı itir” – Qulu Məhərrəmli


Söz yaranandan bəri insan cəmiyyətində ən çox istehsal edilən və istehlak olunan mal məhz informasiyadır. Söz isə, müqəddəs kitabda deyildiyi kimi, hər şeydən əvvəl yaranıb.

Bəşər tarixi informasiya istehsalının, vasitələrinin və ötürücülərinin inkişafı tarixi ilə üst-üstə düşür. Bugünün qəzetləri, jurnalları, tele- və radiostansiyaları bir zamanlar şamanların, orakulların, carçıların, salnaməçilərin qördüyü işi başqa səviyyədə və müstəvidə davam etdirir. Əlbəttə, indi informasiyanın mənbələri və istehsal prinsipləri, bütövlükdə dövrün tələbatına uyğun olaraq, əvvəlkindən tamam fərqlidir. Mətbuat xidmətləri də həmin tələbatdan doğan həm yeni mənbə, həm də yeni istehsal prinsipi deməkdir.

Bəzən insanlar mətbuatın funksiyalarını yanlış anlayıb, mətbuatın “kimlər”insə göstərişi ilə hərəkət etdiyini düşünürlər.

“Ayna” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında təəssüf hissiylə bildirib ki, bu fikirlərin əsası var.

“Bir çox mətbuat orqanları ya öz təsisçilərinin göstərişi ilə, ya da siyasi “dost”larının göstərişi ilə hərəkət edirlər. Ona görə bu tip fikirlər boş yerə yayılmır. Amma əslində mətbuat orqanları heç kimin sifarişi və göstərişi ilə işləməməlidir. Təəssüf ki, bir sıra Sovet ölkələrində, o cümlədən də Azərbaycanda bu belədir. Lakin onu da qeyd edək ki, müstəqil mətbuatın yazdığı, hətta ABŞ-da belə heç də hamıya uyğun gəlmir. Məsələn, Donald Trump qədər sivilindən narazı qalan Amerika prezidenti olmayıb. Mən isə ABŞ-ın Fox Broadcasting Company telekanalını daha çox bəyənirəm”.

BDU-nun professor, tənqidçi, jurnalist Qulu Məhərrəmli öz açıqlamasında bildirib ki, mətbuatın qəbuledilmiş normativ funksiyaları var.

“Birinci növbədə mətbuat cəmiyyətə doğru məlumat ötürməlidir. İkincisi gedən prosseslərlə bağlı gedən yazı kifayət etməyəndə analitik yazı verilməlidir, yəni təhlil aparılmalıdır. Yəni bu təhlillərin vasitəsi il cəmiyyəti maarifləndirməlidir. Mətbuatın əsas funksiyalarından biri hakimiyyət üzərində ictimai nəzarətdə olmasıdır. Yəni mətbuatın işi xalqın adından onun seçdiyi hakimiyyət necə işləyir bilməli və cəmiyyətə çatdırmalıdır”.

Qulu Məhərrəmli mətbuatın mahiyyətini itirdiyini vurğulayaraq açıq şəkildə tənqidini dilə gətirdi.

“Hazırda mətbuat ayrı-ayrı oliqarxların, məmurların əlində silaha çevrilib. Bu isə insanların mətbuata olan inamını itirir, hazırda bir vaxtlar hamının baxdığı verlişlər, oxuduğu saytlar indi yoxdur. Kimlərinsə sifarişi ilə hərəkət edənləri isə trollar adlandırmaq daha doğru olar”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın hüquqi tənzimlənməsi istiqamətində dərs deyən Ələsgər Məmmədli bildirib ki, insanların düşüncəsi faktaloji vəziyyəti qiymətləndirərək və nəzəri olaraq 2 yerə bölünür.

“Mətbuat cəmiyyəti maarifləndirici informasiyaları çatdırmalı olduğu halda, praktik olaraq hər kəs görür ki, kiminsə əmrini icra edir. Xalqın mətbuata olan inamsızlığının əsas səbəbi mətbuata verdikləri problemlərini televiziyalarda görməməsidir. Çünki mətbuat dedikdə ilk ağıla televiziya gəlir. Yəni buna görə də insanlar düşünür ki, mətbuat kimlərinə əmrlərini icra edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar