Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər"

Tarix: 12-06-2019 15:32     Baxış: 4276 A- / A+
"Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər"


Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər, amma qanun var!

Manevr.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib.

O, 13 illik ailəsini müğənninin dağıtdığını iddia edən Turanə Nəcəfovanın eks həyat yoldaşı Elçin Oruc oğlu Nəcəfovdan danışarkən belə deyib.

Belə ki, Elçin Nəcəfov fevral ayında imzalanan müqaviləyə əsasən 3 ay ərzində evi keçmiş həyat yoldaşı Turanə Nəcəfovaya verməli idi. Lakin verilən müddət başa çatsa da, o, müqavilənin şərtlərinə əməl etməyib. Aparıcı məsələnin hələ də öz həllini tapmamasında məhkəmə icraçılarını günahlandırıb. O, Elçinin hüquq-mühafizə orqanlarını pul ilə satın aldığını istisna etməyib:

"Mənə minlərlə məhkəmə icraçılarından şikayət gəlir. Bu faktdır. İcraçı əgər işini bilmirsə, onu aldadırlar. Eiçin məni niyə aldada bilmədi? 3 aydır özümü öldürürəm ki, qardaş evin açarını versin. Əgər 6-cı gün icraçılar açarı mənə təhvil verməsəydi, Nərimanov Rayon Məhkəməsinin icraçıları ilə bağlı B planımız vardı. Hər şeyi açıb tökəcəkdik.

Olmaz! İcraçıya qanun, səlahiyyət verilib. Bu ev 3 ay ərzində təmir olunub təhvil verilməli idi. Bu nədir? (efirdə Elçinin təmir edərək Turanəyə verəcəyi mənzilin təmirsiz və bərbad görüntüləri nümayiş edilir). Deməli siz işinizi bilmirsən? Elçin ona-buna pul xərcləyir, amma məhkəmənin qərarına əməl etmir.

Qanun Elçinin pulounun qarşısında acizdirsə, mən susuram. Yox, əgər qanun şahdırsa, bu gün qanun Turanənin tərəfindədir. Körpə uşağı ilə məhkəmələri, polisləri gəzən bir ananın tərəfindədir. Artıq yetər!"

Məlumata görə, iş adamı Elçin Nəcəfov avtomobil satışı ilə məşğuldur. E. Nəcəfov "Auto Gallery" avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar