Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polis aksiyadan foto çəkən jurnalistlə necə davranmalı - MŞ sədrinin arayışı...

Tarix: 23-05-2019 16:42     Baxış: 3168 A- / A+
Polis aksiyadan foto çəkən jurnalistlə necə davranmalı - MŞ sədrinin arayışı...

Əflatun Amaşov: “Jurnalist kütləvi aksiyadan reportaj hazırlayırsa, foto çəkirsə, onun hüquqları qanunvericiliklə məhdudlaşdırılmır”

Son vaxtlar ictimai hadisələr, aksiyalar zamanı jurnalistlərin fəaliyyəti ilə bağlı müəyyən anlaşılmazlıqlar baş verir. Polis əməkdaşları jurnalistlərə yaxınlaşaraq, onlardan foto çəkməməsini tələb edir. Bu isə jurnalistin sərbəst informasiya əldə etməsi ilə bağlı çətinlik yaradır. Çünki jurnalistin ictimai hadisədən foto çəkməsi nəinki qanunsuz deyil, hətta onun birbaşa vəzifəsi, peşə borcudur.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov mövzunu musavat.com-a şərh edərkən deyib ki, Azərbaycanda media azaddır və müstəqildir, hər bir jurnalist ictimai əhəmiyyət kəsb edən hər bir hadisəni işıqlandırmaqda sərbəstdir: “Qanunvericilik də buna imkan yaradır və əsas verir. Doğrudur, bir sıra məhdudiyyətlər var, ancaq heç bir halda jurnalist kütləvi aksiya və ya hansısa tədbirdən reportaj hazırlayırsa, foto çəkirsə, onun hüquqları qanunvericiliklə məhdudlaşdırılmır. Yetər ki, o, həqiqətən də jurnalist olsun, vəsiqəsi olsun və xüsusi jurnalist geyimində olsun. Ümumiyyətlə, Azərbaycanda böyük aksiyalar olarkən, onun icazəli və ya icazəsiz olmasından asılı olmayaraq, Azərbaycan Mətbuat Şurasının Monitorinq qrupu orada monitorinq aparır. Bu Monitorinq Qrupuna İdarə Heyətinin üzvləri, Mətbuat Şurasının əməkdaşları və digər KİV-lərdə çalışan ayrı-ayrı jurnalistlər, eyni zamanda hüquq-mühafizə orqanlarının nümayəndələri daxildir. Əgər o küçə aksiyalarında, mitinqlərdə bu kimi hallar baş verirsə və jurnalistlərin informasiya əldə etmək hüququ məhdudlaşırsa, pozulursa, həmin jurnalistlər Mətbuat Şurasının yaratdığı Monitorinq Qrupunun nümayəndələrinə müraciət edə bilərlər və problemin həllinə nail ola bilərlər. Ümumiyyətlə, son illərdə Azərbaycanda keçirilən irihəcmli mitinqlərdə çox nadir hallarda Azərbaycan Mətbuat Şurasının yaratdığı Monitorinq Qrupuna müraciətlər olunur. Ölkəmizdə media azaddır və jurnalist hər bir ictimai əhəmiyyət kəsb edən hadisəni işıqlandırmaqda sərbəstdir”.

Polislərin jurnalist fəaliyyəti ilə bağlı maarifləndirilməsinə gəlincə, Ə.Amaşov bildirdi ki, Monitorinq Qrupuna eyni zamanda hüquq mühafizə orqanlarının nümayəndələri də daxildir: “Hər iri aksiyadan sonra Mətbuat Şurasının Monitorinq Qrupunun hesabatları yayılır. Orada jurnalistlər üçün aksiyanın necə keçdiyi, onlara maneə yaradılıb-yaradılmadığı işıqlandırılır. Əgər Mətbuat Şurasına bu barədə müraciət olunarsa, məsələ araşdırıla bilər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar