Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Ataşova Amerikada məzun oldu - ŞƏKİLLƏR

Tarix: 18-05-2019 13:16     Baxış: 3794 A- / A+
Qənirə Ataşova Amerikada məzun oldu - ŞƏKİLLƏR


"Vaşinqtonun mərkəzindəki, Newseum-un zalında iki cüt göz mənə baxır. Həm sevinc, həm də həyəcanla. Sevinclərinin əsas səbəbi məzun olmağım olsa da, mərasimdə iştirak etmək ücün dərsdən qalıblar və daha çox buna sevindiklərinə əminəm. Əslində məzuniyyətimə atam gəlməli idi. Səhhəti imkan vermədi. Beləliklə, məzun olmağımı da oğlanlarımla qarşılayıram”.

Manevr.az xəbər verir ki, modern.az-ın məlumatına görə bunu Amerikada yaşayan jurnalist Qənirə Ataşova bildirib.

O qeyd edib:

"Amerika paytaxtında, bu möhtəşəm zalda gözlərimi yumub həyatla bağlı ilk yaddaşımı xatırladım. 1,5 yaşım var idi, Simi nənəm xəstə yatırdı. İnsanlar ona baş cəkməyə gələndə, mən də pilləkənin yanından sürüşüb ayaqqabıların üstünə düşür, qalxır və yenə də sürüşürdüm. Yaşadığım hər günü xatırlayıram. Çox yormayım sizi. Ən təsirlisi atamın əlimdən tutub məni birinci sinifə aparmasıdır....

7 qız, bir oğul böyüyürdü ailədə. Atam isə hər axşam yorulmadan bizdən dərs soruşurdu. Dərs soruşmasın deyə tez yatsaq da, oyadırdı. Zəhimli insan olduğundan çox çəkinirdik. Tez-tez bizə xaş bişirirdi, xüsusən imtahan ərəfəsində. Yaddaşımız yaxşı olsun deyə. Böyük bacımı Bakıdakı Kimya Biologiya Təmayülünə qoyub, hər həftə onu görməyə gəlirdi... Dəhşət elmə həvəsli insan idi. Allah Elçibəyə rəhmət eləsin. Test üsulunu tətbiq etdi. 7 qız bir il fərqlərlə universitetləri qazanmağa başladı. Mən 5-ci qız idim. Evdən 4 qız tələbə həyatı yaşayırdı. Başqalarından fərqli olaraq, müəllim yanına hazırlığa getmədim, çünki atamdan pul istəməyi özümə ayıb bilirdim. Onsuz da 4 qızın tələbəliyi ailəyə baha başa gəlirdi. Qəbul imtahanına gedəcəkdim, axşam atam məni çağırdı. O məni "Qanqaş" və ya "Qayğanaq" çağırırdı. "Qanqaş, çalış bu il kəsil, gələn il girərsən. Qızlardan biri universiteti bitirsin sonra sən girərsən” söylədi. Ona, bunu mənə deməli olmadığını söylədim və incimiş halda əmimoğlu Səxavətin yanına qaçdım. Səxavətlə aramızda 20 il yaş fərqi olsa da, onunla yaxşı anlaşırdıq, mənə düz yolu göstərirdi rəhmətlik. "Fikir vermə” dedi. Nə isə birinci il qəbul oldum. Hamı təbrikə gəldi, atam isə "yenə də ondan xahiş etdim ki, bu il kəsilsin” dedi. Bu dəfə riyaziyyat müəllimim Məmmədağa dəstəyim oldu. Atam gülümsəyərək daha seçim qoymadı dedi.. Atamın fermer təsərrüfatı var idi və çox gözəl də idarə edirdi. Zatən, mən onun hər işində yanında dayanırdım. Lap uşaqlıqdan. Atama söz verdimki, qışı oxuyub, yayı gəlib sənə kömək olacam. Dediyimi etdim də. Əkin zamanı başlayandan, taxıl biçininədək, pambıq yığımında ailəmə dəstək olurdum.

Velosipedlə bütün işçilərin qidasını daşıyır, istənilən qulluğa gedirdim. Dərs başlayanda isə Bakıya gəlirdim. Atam bizə tez-tez məktub yazır və bütün məktublarında küçədən heç bir şey alıb yeməməyi, bir də çox oxumağı yazırdı. Atam Amerikadakı məktəblərdən bizə çox yazırdı. Xüsüsən bunu qardaşımın etməli olduğunu bildirirdi. Atamınindi 75 yaşı var. Hər telefon danışığımızda mənə verdiyi tövsiyyə- Anarın insan adam olduğunu unutma,oğlanları boş buraxma, dərslərində möhkəm olsunlar, hər addımda vətəni düşün və bir də bunu deyir: "Bilirəm o uşaqlar dünya üçün faydalı olacaqlar, o zaman gəlib məzarımda ayaq tərəfdə durarsız, mən görəcəm deyir”. Ata, bu gün məzun oluram”.

Q.Ataşova deyib ki, kənddə böyüyüb paytaxta gəlmək, ANS kimi ciddi bir kanalda yüksəlmək, ANS-in qapılarının bağlanmasını görmək, o cəmiyyətdə qala bilməyib Amerikayadək gəlmək və iki körpə uşaqla bu yolu keçmək heç asan olmadı.

"Ata, Allah mənə güc verdi və bunun üçün Allahıma və sənə çox təşəkkür edirəm. İndi mənim yanımda olmasan da, gözümü yumub əlimdən tutub məktəbə aparmağını təsəvvür edirəm və bunu hiss edirəm”.

Qeyd edək ki, Q.Ataşova Vaşinqtondakı "Bay Atlantic" Universitetində "Global affairs and politics” ixtisası üzrə təhsil alırdı.

Qənirə Ataşova Amerikada məzun oldu - ŞƏKİLLƏR
Qənirə Ataşova Amerikada məzun oldu - ŞƏKİLLƏR
Qənirə Ataşova Amerikada məzun oldu - ŞƏKİLLƏR
Qənirə Ataşova Amerikada məzun oldu - ŞƏKİLLƏR
Qənirə Ataşova Amerikada məzun oldu - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar