Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş redaktora 12 il hökm oxundu

Tarix: 30-04-2019 14:10     Baxış: 4239 A- / A+
Baş redaktora 12 il hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla pul tələb etməkdə təqsirləndirilən "Qafqaz" Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevə hökm oxunub.

Manevr.az xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M. Tağıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M. Tağıyev Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. Onun cinayət işi üzrə zərərəçəkmiş qismində "ŞURATAZ LTD" MMC-yə faktiki rəhbərlik edən Xaliq Abbasov və "Nort Vest Konstrakşn" MMC-nin icraçı direktoru Elçin Bədəlov, qaynı Toğrul Tağıyev və "Yuxa" restoranının sahibi Azər Həsənov tanınıb.

Belə ki, M. Tağıyev qaynı Toğrul Tağıyevdən 120 min manat, Elçin Bədəlovdan 80 min manat, Xaliq Abbasovdan 20 min manat, Azər Həsənovdan isə 5 min manat pulu hədə-qorxu ilə tələb edərək almaqda ittiham olunur.

O, qaynı Toğrul Tağıyevi intim video görüntülərini yaymaq və rəhbərlik etdiyi istehsal müəssisəsində qanunu pozduğuna dair yazılar yayımlayacağı ilə hədələyib.

Elçin Bədəlovun rəhbərlik etdiyi şirkət haqda "Nort Vest Konstrakşn" tenderlərdə hansı oyunlar oynayır" başlıqlə yazı dərc edib. Daha sonra E. Bədəlovdan pul tələb edib, o isə pul verməkdən imtina edib. Buna görə də növbəti dəfə "Elçin Bədəlov kimdir" başlıqlı yazı dərc edib.

Xaliq Abbasov haqda yazılar dərc etdikdirdən sonra o, qafqaznews.az saytını məhkəməyə verib. Xətai Rayon Məhkəməsi saytın təkzib verməsi, üzr istəməsi, yazının saytdan silinməsi və cərimə olaraq Silahlı Qüvvələr Fonduna 2 min manat ödənilməsinə qərar verib. İttihama görə, M. Tağıyev həmin yazıların silinməsi üçün X. Abbasovdan 20 min manat tələb edib.

M.Tağıyev, həmçinin Azər Həsənovdan pul tələb edib və ala bilmədiyi halda saytda "Yuxa restoranı xarici kəşfiyyat orqanlarına işləyir" başlıqlı yazı dərc edib./qafqazinfo/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar