Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qəzetlərlə bağlı qərar veriləcək - KİVDF-də toplantı

Tarix: 31-01-2019 16:48     Baxış: 2230 A- / A+
Qəzetlərlə bağlı qərar veriləcək

Ölkə mediasında ciddi dəyişikliklərlə nəticələnəcək islahatlara başlanılıb.

Manevr.az strateq.az-a istinadən xəbər verir ki, hazırda KİVDF-də fövqəladə iclas keçirilir. Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcək.

Məlumata görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunacaq.

Maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetləri.

Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoye Vremya”nın adları çəkilir.

Xatırladaq ki, KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən “Eskspress” qəzeti çap fəaliyyətini dayandırıb.

***
Məlumata görə, nəşri davam edəcək qəzetlər qarşısında xüsusi tələblər qoyulacaq. Belə ki, onlar tirajlarını artırmalı, çap keyfiyyətini yaxşılaşdırmalı və müasir texnoloji vasitələrdən istifadə etməlidirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar