Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İTV-də təşviş – Yeni baş direktor ilk növbədə kimləri vuracaq?

Tarix: 14-05-2018 12:12     Baxış: 3244 A- / A+
İTV-də təşviş – Yeni baş direktor ilk növbədə kimləri vuracaq?


İctimai Televiziyaya qəfildən yeni baş direktorun təyin edilməsi qurumda ciddi təşvişə səbəb olub.

Manevr.az xəbər verir ki, televiziya əməkdaşları yeni rəhbərin – Balakişi Qasımovun ciddi kadr dəyişikliyi edəcəyini, xüsusən də rəhbər şəxsləri dəyişəcəyinə əmindirlər. Onlar hesab edir ki, İTV-ni dəyişməyə göndərilən Balakişi Qasımov öz komandası ilə gələcək və əsas postları da onlara həvalə edəcək. Buna görə də artıq bir neçə departament rəhbəri indidən öz əşiyalarını yığmağa başlayıb.

Ən çox təşviş keçirənlər isə AzTV sədri Arif Alışanova yaxınlığıilə seçilən adamlardır. Çünki məlumata görə, yeni rəhbər ilk növbədə İTV-ni AzTV "əsarətindən” çıxarmağa çalışacaq.

Qeyd edək ki, mayın 11-də Balakişi Qasımov İctimai Televiziyanın yeni baş direktoru seçilib. O, bu həftə vəzifəsinin icrasına başlayacaq.

B. Qasımov 1978-ci ildə Bakı şəhərində anadan olub. Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüseri işləyib. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosiasiyası tərəfindən 2010-cu ildə "İlin adamı" seçilib.

2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb./bakipost.az

Manevr.az

İTV-də təşviş – Yeni baş direktor ilk növbədə kimləri vuracaq?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar