Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıya sahib olsaq... – Göbbelsin müharibə qeydi

Tarix: 17-12-2017 11:07     Baxış: 6599 A- / A+
Bakıya sahib olsaq... – Göbbelsin müharibə qeydi


Böyük Vətən müharibəsi mövzusunda çəkilmiş sənədli filmdə Hitler də daxil olmaqla düzənlənmiş xudmani bir məclisdə tort kəsilir. Təxminən SSRİ-nin xəritəsinə bənzəyən tortun “Bakı” yazılan hissəsi kəsilir, neftin simvolu kimi qara şokalad mayesi süzülür və fürerə təqdim edilir...

Bakı ta qədimdən super güclərin maraq dairəsində olub.

Siyasi-iqtisadi oyunlarda hədəf olmuş, zaman-zaman uğrunda qan tökülmüş.

Bu barədə daha dolğun məlumatı İlham Tumasın yeni çapdan çıxmış “Dünyanın gizli ocağı: Vatikan” kitabında oxudum.

Deməli, Almaniyanın SSRİ-ni işğal etmək üçün tərtib olunan “Barbarossa” planında Bakının işğalına xüsusi yer verilirdi. Həmin planın təsdiqi ilə əlaqədar Berqhofdakı müşavirədə Hitler açıq şəkildə bildirmişdi ki, Azərbaycandakı neft mədənləri, Bakı rayonu Almaniya üçün həyati əhəmiyyətə malikdi.

Bakı Böyük Vətən müharibəsi üçün yanacaq çəni idi.

Bakı neftinə sahib olan ölkə müharibədən qalib çıxacaqdı. Almanlar bunu yaxşı bilirdilər.

“Dünyanın gizli ocağı: Vatikan” kitabında Bakı nefti ilə bağlı almanların məqsədi və o vaxtki nazir Göbbelsin fikirləri yer alıb:

“Biz müharibəyə neft, dəmir, kömür üçün başlamışıq. Bakı neftinə sahib olsaq, müharibəni udacağıq”.

Qafqazın hərbi-strateji əhəmiyyətini düzgün qiymətləndirmək üçün onun İran və Türkiyə ilə qonşu olması faktını da nəzərə almaq lazımdı. Xəzər su yolu Qafqazı Orta Asiya, Həştərxan, İran ilə birləşdirir.

Bakıya sahib olmaq almanların çoxdankı arzusu idi. Onlar Bakını tutmaqla Mesopotomiyaya və Ərəbistana gedən ən təhlükəsiz yolları həmişəlik əllərində saxlamaq niyyətində idilər.

Bakı 1940-cı ildə 22 milyon tondan çox neft istehsal etmişdi. Bu, SSRİ-də çıxarılan neftin 70 faizi demək idi.

Almanlar Qafqazın işğalı üçün “Edelveys” planı hazırlamışıdı. Bu plan Hitlerin 1942-ci il 23 iyul tarixli 45 nömrəli direktivində “Braun Şveyq” əməliyyatının davamı kimi şərh edilmişdi.

Kitabda Hitlerin Bakının işğalını sürətləndirmək barədə qərargahlara göndərdiyi teleqramlar haqda geniş məlumat var. Hitlerçilər düşünürdülər ki, Bakı neftinə sahib olandan sonra digər cəbhələrdə də qələbə çalmaq mümkün olacaq.

Hitlerin “Berlin-Bakı-Tokio” dəmiryolu ideyası

Kitabın bu bölməsində Bakının Böyük Vətən müharibisəndəki əhəmiyyəti və Hitlerin Bakı sevdası haqda önəmli məlumatlar yer alıb. Hitler düşünürdü ki, ölkələr üzərində hökm etmək üçün yalnız hücum və işğal bəs eləmir. Bunun üçün nəqliyyat təminatı da olmalıdı. Hitler hər gün Şərqdən minlərlə ton taxıl, neft daşımaq barədə fikirləşirdi. Bundan sonra İmperiyanın Dəmiryolları İdarəsində Yuxarı Sileziyanı Ukraynadan keçərək Bakıyla birləşdirəcək dəmir yolunun layihələndirilməsinə başlanır. Bu, Berlin-Breslau-Kiyev-Poltava-Bakı marşurutu olmalı idi.

Kitabda layihənin ikinci mərhələsi haqda daha geniş məlumat var.

Mənim TRASEKA haqda məlumatım vardı. Kitabı oxuyandan sonra məlum oldu ki, heç nə bilmirəm. Sən demə, bu gün TRASEKA adlanan həmin layihənin ikinci mərhələsində magistralın Bakıdan Vladivastoka, ordan da Tokioya uzadılması planı vardı.

Bakı həm Almaniya üçün, həm də SSRİ üçün vazkeçilməz əhəmiyyətə malik idi. Hər nə olur-olsun, SSRİ Bakının müdafiəsinə, Almaniya işğalına xüsusi əhəmiyyət verirdi.

Bu kitabı oxuya-oxuya “Bizim Cəbiş müəllim” filmi yadıma düşdü. Sonra gördüm İlham bəy də bu bədii filmin adını çəkib. Bütün yollar hitlerçilərin nəzarətində olduğu üçün yanacağın daşınması da xeyli çətin idi. O vaxt Bakı mühəndisləri ilk dəfə neftin iri çənlərdə gəmilərin yedəyində daşınması üsulunu tətbiq edirlər. Məhz “Bizim Cəbiş müəllim” bədii filmində bununla bağlı kadr var.

SSRİ neft naziri Baybakov, Sovet İttifaqı marşalları Jukov, Rokossovski rəsmi çıxışlarında bildirirdilər ki, Bakı bu qələbədə həlledici xidmət göstərib.

Bakı partladılmalıymış

Kitabın bu bölməsində işğal təhlükəsi artarsa, Bakıdakı neft quyularının partladılması barədə əhəmiyyətli məlumatlar yer alıb. Sovet komandanlığı 1942-ci ilin avqustundan başlayaraq 764 neft quyusunu minalamış, 81 qazma qurğusunu isə heyəti ilə birgə Türkmənistana köçürmüşdü. Bu haqda “Bizim Cəbiş müəllim” filmində bir səhnə var. Neftçi qonşusu Cəbiş müəllimlə söhbətində qeyd edir ki, dünən mədənləri minaladılar. Cəbiş müəllim isə cavabında, “Bilirsən ki, mədənləri partlatsalar, şəhərdən əsər-əlamət qalmayacaq?” deyir...

Doğrudan da o vaxtki yanğınsöndürmə və fövqladə hallarda tətbiq olunan texnikanı nəzərə alsaq, yaxın iki sutka ərzində Abşeron yarmadası məhv ola bilərdi.

Kitabda qeyd olunur ki, Almaniya komandanlağı bu barədə məlumatlı idilər. İlham bəy 1941-ci ilin may ayının 4-nə olan məxfi sənəd haqda məlumat verir. Sənəddə 1812-ci ildə Moskvada olduğu ki, rusların hər şeyi məhv edəcəyi barədə qeyd var. Sənədin ikinci hissəsində bu planın qarşısını hərbi yolla almağın mümkünsüzlüyndən bəhs edilir. Əvəzində Qafqazda müstəqil dövlətin yaranması haqda düşünmək təklif edilir. Onlar fikirləşirdilər ki, Qafqazda müstəqil dövlət yaransa, ruslardan fərqli olaraq, dövlət öz ərazisindəki neft yataqlarını qoruyacaq.

Bakı təkcə Sovet İttifaqının və Almaniyanın deyil, müharibədə marağı olan bütün dövlətlərin arzusu idi.

Məsələn, ingilislərin və amerikalıların Qafqaza, ələlxüsus da Bakıya sahiblənmək haqda planları vardı. Ancaq onların “VİLVET” planı Sovetlər tərəfindən süquta uğradı.

İlham bəyin də kitabda qeyd etdiyi kimi, bu tarixi faktlar bəs edir ki, Bakının bəşəriyyətin faşizm bəlasından qurtulmasındakı yeri və rolu aydın olsun.

Bu dəyərli kitabdakı dəyərli məlumatları hamı bilməli və Bakının istər Dünya savaşında, istər indiki rolunu, əhəmiyyətini dərk etməli.

Bakını can kimi qorumalıyıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar