Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Xəbər yaza bilməyənlər köşə yazırlar” - Seymur Verdizadə

Tarix: 14-12-2017 15:57     Baxış: 3270 A- / A+
“Xəbər yaza bilməyənlər köşə yazırlar”


"Köşə müəllifin subyektiv fikirlərinin təzahürüdür. İfadə tərzi isə istedad məsələsidir”.

Bu sözləri Jurnalist Araşdırmaları Mərkəzinin sədri, tanınmış köşə yazarı Seymur Verdizadə deyib. S.Verdizadə bildirib ki, Azərbaycanda jurnalistlərin bu janra müraciət etməsi müsbət haldır: "Hər bir vətəndaşın, o cümlədən, jurnalistlərin öz fikirlərini cəmiyyətlə bölüşmək hüququ var. Köşə yazarlığı bir institut kimi inkişaf etməli, jurnalistikada aparıcı janrlardan birinə çevrilməlidir. Amma köşə yazarı məişət səviyyəsinə enməməli, cılız intriqalardan uzaq qalmalıdır. Köşə yazarının geniş dünyagörüşü, zəngin həyat təcrübəsi olmalıdır. Köşə yazarı cəmiyyəti düzgün istiqamətə yönəltməyi bacarmalıdır”.

Jurnalist deyib ki, gənclər arasında köşə yazmağa meyl edənlərin sayının çoxluğu onu narahat edir:
"Təcrübə keçmək üçün redaksiyalara üz tutan tələbələrin əksəriyyəti köşə yazmağa can atırlar. Hətta xəbər yaza bilməyənlər də köşə yazırlar. Bir az əvvəl də qeyd etdiyim kimi, köşə yazarının həm də zəngin həyat təcrübəsi olmalıdır. 19 yaşlı gənc oxucu ilə hansı təcrübəsini bölüşə bilər? Redaktorlar gənclərə jurnalistikanın zirvəsinə pillə-pillə qalxmağı öyrətməlidirlər”./azim.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar