Xəbər lenti
16-10-2017
BÜTÜN XƏBƏRLƏR

Tamaşaçıda qıcıq yaradan TV-lər - Hakimiyyət efir siyasətini dəyişir

Tarix: 07-10-2017 11:21     Baxış: 437 A- / A+
Tamaşaçıda qıcıq yaradan TV-lər - Hakimiyyət efir siyasətini dəyişir


Bir neçə gün əvvəl "Azad Azərbaycan” Teleşirkətində baş verən rəhbərlik dəyişikliyindən sonra iqtidarın ölkədəki telekanallarla bağlı siyasətə yenidən baxacağı əslində gözlənilən idi. ATV rəhbərliyinin bir neçə saat ərzində işdən qovulması onu göstərdi ki, hökumətin telekanallarda baş verənlərlə bağlı artıq səbir limiti də tükənib, daha doğrusu, güzəşt etməyə, "bəlkə də düzəldilər” deyib, gözləməyə zamanı yoxdur...

Manevr.az xəbər verir ki, "Yeni Müsavat" qəzetinin yazdığına görə, Azərbaycanda telekanallarla bağlı problem yeni yaranmayıb, bu illərdir ki, var. Bir telekanal özünü bəzən ərköyün uşaq kimi apararaq, bəzən isə "ağa Nəzərəm, belə gəzərəm” deyərək sonda yüzlərlə əməkdaşını işsiz qoyur, efiri qapanır. Başqa telekanallar da illərdir ki, nə proqramlarını dəyişə bilib, nə tamaşaçı auditoriyası toplaya. Ən pisi isə Azərbaycan efiri həm də tamaşaçıda qıcıq yaradan bir məkana çevrilib. Bunun günahı isə təkcə dil qabiliyyəti olmayan diktorlarda deyil. Azərbaycan efirində canlılıq və maraqlı adamlar itib, ölkəni düşündürən problemlərin yerini hansısa artistin evindəki qarderobunun nümayişi tutub, siyasi mövqeyindən asılı olmayaraq cəmiyyətə lazımlı və nüfuzlu adamları efirdən uzaqlaşdırıb yerlərini ucuz şoumenlərə veriblər.

"İqtidar bu cür vəziyyətdən məmnun ola bilər” deyənlər yanılırlar, çünki belə efir kimin nə danışmasından asılı olmayaraq hamını "qara göstərəcək”. Telekanalları basmış "toz-torpaq” təmizlənməyəcəyi halda, istənilən hakimiyyət efirdən heç vaxt istədiyi kimi səmərəli istifadə edə bilməz. Tamaşaçı auditoriyası yoxdursa, ya da savadlı tamaşaçı efirə baxmırsa, hansı təbliğatdan söhbət gedə bilər?

Oktyabrın 6-da "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda səslənən fikirlər də bu narahatlıqdan doğur. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun əsas çıxışçısı olduğu konfransın ana xəttində ana dilimizin qorunması olub. Üzə çıxan mənzərə efirdəki vəziyyətin heç də təkcə dil problemi olmadığını göstərir. Əlbəttə, dilimizin təmizliyi qorunmalıdır ki, dövlət başçısı İlham Əliyevin bununla bağlı tapşırığının dərhal cəmiyyətə elan olunması təqdirəlayiqdir. Amma iqtidarın daxili siyasətində informasiya kimi nəhəng bir mexanizmi kurasiya edən PA rəsmisi həm də efirin özünün "dilindən” narazıdır ki, bu da cəmiyyətin bölüşdüyü narahatlıqdır.

Efir dili təkcə səlis nitq deyil, bu həm ölkənin, həm onun iqtidarının ideoloji silahıdır ki, bunu naşı əllərə verəndə nəticəsi çox pis olur. Ə.Həsənov konfransda buna açıq işarələr vurub: "AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur”. PA rəsmisi konkret ad çəkməsə də, söhbətin hansı telekanaldan getdiyi məlum olur. Amma prezident köməkçisinin xatırlatdığı məsələ təkcə kanal rəhbərliyinin problemləri olduğu MTRŞ sədrinə köntöy münasibətlərini ortaya qoymur, bu, efirdə bir "xaos”un olduğuna işarə edir. Məsələn, ATV ilə bağlı qalmaqalda məlum olmuşdu ki, MTRŞ qalmaqallı verilişi bərpa etməməyə çağırsa da, kanal rəhbərliyi bunu nəzərə almayıb.

İqtidar isə görünür, efirdəki bu vəziyyəti dəyişməkdə qərarlıdır. Buna əvvəllər də cəhd olunub, xüsusən PA rəhbərliyi səviyyəsində efirdəki "toz-dumanı”, yemək proqramlarını, ictimai maraq kəsb etməyən müzakirələri yığışdırmaq tövsiyə olunub. Amma efirdə müəyyən müddətdə korrektələr olsa da, sonradan yenidən əvvəlki bərbad vəziyyətə qayıdılıb.

Hakimiyyətin telekanallarla bağlı hərəkətə keçdiyi ərəfə diqqət çəkir. Zənnimizcə, hakimiyyət təkcə efirdəki bozluqdan deyil, susqunluğundan da narazıdır. Hökumətdən maliyyə alan telekanallar Azərbaycana xaricdən artan hücumları yalnız bir-iki süjetində cavab verməklə (AZ.TV və İctimai Televiziya istisna olmaqla) kifayətlənir. Halbuki Rusiya televiziyaları bu cür aktual mövzuları hər gün və daha keyfiyyətli işləyirlər. Bir neçə aydan sonra Azərbaycanda prezident seçkisi kampaniyasının startı veriləcək ki, iqtidar bu məsələdə də televiziyalara o qədər güvənə bilməz. Söhbət keyfiyyətli təbliğatdan gedirsə, Azərbaycanın indiki efiri ilə bu işi qurmaq asan deyil.

Daha bir mühüm nüans da var. Prezidentin Avropa Birliyi ölkələrinin səfirləri ilə Bakıdakı görüş bir daha təsdiq edir ki, Azərbaycan bədxahların iddia etdiyi kimi, öz qapılarını dünyaya bağlamaq yox, əksinə, daha geniş açmaq niyyətindədir. Azərbaycan isə dünyaya öz qapılarını həm də televiziyalar vasitəsi ilə açır. Azərbaycan efiri kir-pasdan təmizlənməli, ölkənin mənafeyinə xidmət edən bir təbliğat məkanına çevrilməlidir.

Görünür ölkə rəhbərliyi bu məsələdə qərarlı və israrlıdı. Yaxın vaxtlarda milli efirimizdə ciddi dəyişikliklərin olacağını istisna etmirik.




Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar