Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi - fotolar

Tarix: 22-03-2017 11:30     Baxış: 4826 A- / A+
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi

“TRT Avaz” telekanalının yaradılmasının səkkizinci ildönümü və Novruz bayramı münasibətilə tədbir keçirilib.

Mərasim Heydər Əliyev Mərkəzində baş tutub. Tədbiri 26 ölkə və 15 muxtar respublika olmaqla, 300 milyon tamaşaçı canlı izləyib.

Gecədə ilk olaraq “Natiq” ritm qrupu səhnəyə çıxıb və şou nümayiş etdirib. Tədbirdə türk dünyasının birliyinə, eləcə də “TRT Avaz”ın efir fəaliyyətinin səkkiz illiyinə həsr edilmiş film nümayiş olunub.

Bayram tədbirinin maraqlı məqamlarından biri də türk dünyasının Nizami, Yunus Əmrə, Nəsimi, Füzuli, Natəvan, Şəhriyar kimi söz ustadlarının şeirləri əsasında təqdim edilən ədəbi-bədii kompozisiya olub. Səhnəciklərdə aktyor kimi çıxış edənlər arasında aparıcı Zaur Nəbioğlu da yer alıb.

Bayram konsertində “Qarabağ şikəstəsi” qrupu, xalq artistləri Azərin və Alim Qasımov, türkiyəli müğənni Emre Aydın və digər sənətçilər çıxış ediblər.

Bəstəkar Gövhər Həsənzadənin quruluş verdiyi bayram tədbirinin təşkilatçılığını Zamiq Yunisov edib. Tədbirin aparıcılığı Nanə Ağamalıyeva və Həsən Urgançıya həvalə olunub.

"Tədbir "Z company 2007" və TRT-nin birgə əməkdaşlığı ilə baş tutdu. Səhnədə bir çox ifaçılar çıxış edib. Konsert bir çox ölkədə canlı yayımlandı. Hədəfimiz 300 min tamaşaçı toplamaq idi" deyə, Z.Yunisov bildirib.

Gecənin qonaqları arasında iş, siyasət və sənət aləminin tanınmış simaları yer alıblar. Axşam.az


Manevr.az

Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi
Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar