Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib -FOTOLAR

Tarix: 17-03-2017 11:26     Baxış: 3741 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib


Manevr.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Abşeron rayon Xırdalan şəhəri 11 illik musuqi məktəbində keçirilən bayram tədbirində məktəbin sazçalanlar, kanonçalanlar, nağaraçılar ansamblları, xanəndəlik sinfinin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Abşeron rayon Goradil kənd folklor klubunun özfəaliyyət kollektivinin təşkil etdiyi konsert proqramı kənd orta məktəbinin müəllim və şagird heyəti, o cümlədən, kənd sakinləri tərəfindən maraqla qarşılanıb. Tədbirdə özfəaliyyət kollektivinin ifasında xalq mahnıları və rəqsləri, ritmik musiqilər və səslənən folklor nümumələri tədbirə xoş ovqat qatıb.

Sumqayıtın uşaq incəsənət və musiqi məktəblərində də Novruz şənliyi keçirilib.

Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə müəllim və şagirdlərinin ifasında bahar təravətli musiqi nömrələri səslənib. Məktəbin xor kollektivinin ifasında “Bayram axşamlarında”, “Bahar gəlir”, “Novruz bayramı”, xanəndə şöbəsinin şagirdlərinin ifasında “Yaz gəldi”, “Səməni”, “Yurdumuza bahar gəlir” mahnıları səslənib.

Bülbül adına Uşaq İncəsənət məktəbində keçirilən konsertdə şagirdlərin ifasında xalq mahnılari və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Xüsusilə, fortepiano ixtisası üzrə VI sinif şagirdi Lamiyyə Əliyeva, tar ixtisası üzrə III sinif şagidi Həsənağa Abuşov və xanəndə Ruslan Əlizadənin, eləcə də, "Ümid" zəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sumqayıtın mədəniyyət evlərinin musiqi kollektivləri də şəhər sakinlərinin qarşısında konsert proqramı ilə çıxış ediblər.

Şəhər Mədəniyyət Evinin qarşısında keçirilən "Novruz sevincləri" adlı bayram şənliyində "Xəzər ulduzlari" rəqs dərnəyinin və "Nice" rəqs qrupunun ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri, özfəaliyyət kollektivinin ifasında səslənən haxıştalar və şeirlər, qənc müqənillər Zaur Yusifli, Fidan Nagıyeva, Aqil Heydərli, İlkin Əlızadə və Kamil Aqazadənin ifasında bayram əhval- ruhiyyəli mahnılar tamaşaçıların marağına səbəb olub.

"Dostluq" mədəniyyət evinin əməkdaşları bayram şənliyini “Novruz”un atributlatı- “Kosa”, “Kecəl” və “Bahar qiz”la birgə keçiriblər. Gənc müğənnilər Konul Huseynli, Nadir Camalzadə, Vusalə Əliyeva, Səbinə Quliyevanın ifasında xalq və bəstəkar mahnıları, "Şahinlər "rəqs qrupunun çıxışı bayram tədbirinə daha da xoş ovqat qatıb.

C.Cabbarlı adına mədəniyyət evində keçirilən "Qədəmlərin mübarək" adlı Novruz şənliyində Sevinc Süleymanova, Ravil Əliyev, Pənah Məmmədovun ifasında səslənən mahnılar, "Turan" milli rəqs qrupunun nümayiş etdirdiyi rəqslər, aşıq Rahib Mikayılzadınin sazda ifa etdiyi aşıq musiqisi , Novruzun atributları olan Kosa, Keçəl və Bahar qızın söylədiyi təbriklər, şeirlər, eləcə də, ənzəli, dəsmalatdı, kasa-kasa xalq oyunları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bayram münasibətilə 4 saylı Diyarşünaslıq klubunun rəsm və toxuculuq kursunun üzvlərinin "Novruz gəlir, yaz gəlir" adlı əl işlərindən ibarət sərgisi kecirilib. Sərgidə Novruz lövhələri canlandırılıb, Novruz atributlarından ibarət əl işləri nümayiş olunub.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar su, od, yel və torpaq çərşənbələrində də mədəniyyət müəssisələrində tədbirlər keçirilib. Su çərşənbəsində Zəngilan rayon mədəniyyət evləri və musiqi məktəblərinin, od çərşənbəsində Abşeron rayon mədəniyyəıt evləri və musiqi məktəblərinin kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər.

Manevr.az

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar