Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib -FOTOLAR

Tarix: 13-03-2017 18:43     Baxış: 3668 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib.


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında şair Almas İldırımın anadan olmasının 110 illik yubileyi münasibətilə "Zəncirləyib ürəyimi bu ellərə vermişəm" adlı poeziya axşamı keçirilib.

Tədbirdə şairin keçdiyi keşməkeşli həyat yolu, ədəbi irsi haqqında geniş məlumat verilib.

Daha sonra oxucular Sona Salamzadə, Aydan Əzizova, Leyla Ağazadə, Əminə Qocayeva, Nəzakət Rzayeva və digərlərinin ifasında tarın müşayiəti ilə şairin şeirlərindən ibarət kompozisiya nümayiş olunub, Eşqin Həmzəyevin ifasında şairin sözlərinə bəstələnmiş “Can Azərbaycan” mahnısı dinlənilib.

Kitabxanada daha bir tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar keçirilib. Şəhərin 8, 12 saylı orta məktəb və Qubadlı rayon Mahruzlu kənd orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən görüşdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev, Azərbaycan Qol Güləşi Federasiyasının yeniyetmələr üzrə baş məşqçisi Zöhrab Məhsimov, Dünya və Avropa çempionu Vilayət Namazov və digər qonaqlar iştirak ediblər.

Tədbirdə idmanın insan həyatındakı hərtərəfli əhəmiyyətindən, gənclərin sağlam ruhda formalaşmasından, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında geniş məlumat verilib, çıxışlar dinlənilib, oxucuların sualları cavablandırılıb.

Kitabxananın 6 yaşlı oxucusu Ömər Qasımovun şahmat və karate idmanı sahəsində əldə etdiyi uğurlar haqqında məlumatı dinləyən qol güləşçiləri rəmzi olaraq onunla qol güləşdirib, balaca idmançıya xoş arzularını çatdırıblar.

Sonda Azərbaycanın əldə etdiyi idman uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib.

Şəhərin Nizami Gəncəvi adına Kitabxana klubda keçirilən “Açıq qapı günü”ndə “Verbal” uşaq tədris mərkəzinin şagirdləri, müəllimləri və valideynlər iştirak ediblər. Tədris mərkəzi tərəfindən təşkil edilən ekskursiyada qonaqlar kitabxananın uşaqlar üçün oxu zalı, xidmət şöbəsi, multimedia otağı, nağıl otağı, həmçinin kitabxananın fondunda olan uşaq kitabları, jurnalları ilə yaxından tanış olublar. Bundan başqa, qonaqlara kitabxanada təşkil olunan “Satış məntəqəsi “, ”Ana və Uşaq “guşəsi, ”Şəhərimizin ziyalıları”, “Bizim fəal oxucular” güşələri haqqında geniş məlumat verilib, “Nağıl otağın”da “Cırtdan” və “Cik–Cikin” nağılları əsasında kukla tamaşası nümayiş olunub. Kitabxanaçılar tərəfindən hazırlanan tamaşa balacaların marağına səbəb olub.

Sumqayıt kitabxanaçıları daha bir tədbiri şəhərin S.Rüstəmov adına uşaq incəsənət məktəbində keçiriblər. Belə ki, S.Vurğun adına Mərkəzi Kitabxanın əməkdaşları məktəbin foyesində kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi təşkil ediblər. Sərgidə Heydər Əliyev Fondunun nəşrləri, incəsənətə dair kitablar və bədii ədəbəiyyat nümayiş etdirilib. Sərgi İncəsənət məktəbinin şagird və müəllim kollektivi tərəfindən maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar