Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirilib -FOTOLAR

Tarix: 09-03-2017 14:24     Baxış: 4549 A- / A+
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib.

Manevr.az xəbər verir ki, Sumqayıt Dövlət Rəsm Qalereyasında keçirilən tədbirdə dekorativ tətbiqi sənət nümunələrindən ibarət satış sərgi təşkil olunub, Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivinin ifasında Azərbaycan qadınını vəsf edən şeir nümunələri səslənib, mahnılar dinlənilib, müxtəlif xalqlarlın rəqsləri izlənilib.

Nəriman Nərimanov adına mədəniyyət mərkəzində bayram münasibətilə "Anam mənim-dünyam mənim" adlı konsert təşkil olunub. İlk olaraq aparıcılar Amil Babayev və Elvin Əliyev xanımları bayram münasibətilə təbrik edib onlara xoş gələcək arzulayıblar. Konsertdə "Xəzri ", " Dəcəllər", " Olleqro" rəqs qrupları, müğənnilərdən İlham Həsənov, Zaur Yusifli, Fidan Nağıyeva, Könül Hüsenova , İlkin Əlizadə çıxış ediblər. Tədbir tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şəhərin Q.Qarayev və F.Əmirov adına uşaq musiqi məktəblərində keçirilən bayram tədbirlərində şagird və müəllim kollektivinin ifasında konsert proqramı nümayiş olunub, şeirlər söylənilib.

S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi şəhərin 43 saylı uşaq bağçasında bayram şənliyi təşkil edib. Şənlikdə “Bənövşə” qrupunun fidanlarının ifasında şeirlər və musiqi nömrələri, o cümlədən, İlyas Tapdığın “Səhər idmanı” şerinin əsasında qurulan səhnəcik, milli rəqslərimiz tərbiyəçilər və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.

Qubadlı Rayon Mədəniyyət evində, Mahmudlu kənd klubu və musiqi məktəbində, həmçinin, Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində
konsert proqramı təşkil edilib, rəngarəng musiqi nomrələri ifa olunub.

Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində də bayram konserti keçirilib. Konsertdə məktəbdə təhsil alan şagirdlər müəllim və valideynlərini, Azərbaycan analarını bir-birindən maraqlı ifaları ilə təbrik ediblər.

Şuşa şəhər Niyazi adına uşaq incəsənət məktəbində də bayram tədbiri keçirilib. Tədbirdə muğam parçaları ifa olunub, şeir nümunələri səslənib, xanım müəllimlər fəxri fərmanla təltif olunublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar