Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tədbir keçirilib -FOTOLAR

Tarix: 13-02-2017 11:21     Baxış: 3723 A- / A+
Sumqayıtda “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanasının uşaq şöbəsində “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan iştirak edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, tədbiri uşaq şöbəsinin müdiri Yeganə Hüseynova açaraq Azərbaycan dilinin dərin tarixi köklərindən, xalqın həyatı ilə bağlı olan xüsusiyyətlərindən, müasir inkişafından, məna dolğunluğu və estetik gözəlliklərindən bəhs edib.

Balaca oxucular Rəsul Bəhmənli, İsmayıl Hüseynov, Zəhra Bəşirli, Ülkər Salayeva, Əli Hüseynov, Xoşqədəm Bağıyeva, Ləman Ramazanova, Zeynəb Hüseynəli, Gülşən Ağayeva , Cavidan Hüseynov və Ramil Zeynalovun ifasında vətənə, ana dilinə həsr olunmuş şeirlər valideynlər və kitabxana işçiləri tərəfindən maraqla dinlənilib.

Sonda şair Sabir Sarvan çıxış edərək uşaqların bədii zövqünün formalaşmasında, mütaliə bacarığının artması və söz ehtiyatının yaranmasında belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirərək davamlı olmasını arzulayıb.

Sumqayıtda “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tədbir keçirilib
Sumqayıtda “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tədbir keçirilib
Sumqayıtda “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar