Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"İlhamə Quliyeva sağlığında ildə 4 dəfə ad günü edirdi"

Tarix: 02-08-2016 11:29     Baxış: 1527 A- / A+
"İlhamə Quliyeva sağlığında ildə 4 dəfə ad günü edirdi"

Aparıcı Sərxan Kərəmoğlu mərhum xalq artisti İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılovun onun üçün ad günü keçirməsi ideyasına münasibət bildirib.

Aparıcı bunun yaxşı fikir olmadığını söyləyib.

S.Kərəmoğlu bildirib ki, həmin mərasimə xərcləniləcək pulu kimsəsizlərə bağışlasın:

“Çox dəyərli Eldar bəy, sizə olan hörmətim sonsuzdur. Amma sizi son vaxtlar başa düşə bilmirəm. Öncə İlhamə xanımın məzarında olan səhvləri düzəldin: Azərbaycan və Dağıstanın yox, "Azərbaycan Respublikasının və Dağıstanın" yazılmalıdır. Sonra İlhamə xanımın şəklinə diqqət etsəniz, onun şəkli sizin dediyiniz “Primadonna”ya aid foto deyil. İlhamə xanım sıradan biri olmadığı üçün onun sıradan bir şəkli yox, ona layiq foto həkk olunmalı idi. O ki qaldı sizin keçirmək istədiyiniz gecəyə, ora xərcləyəcəyiniz pullarla kiməsə yardım edin. Ehsanı qocalar evinə və ya kimsəsizlərə verin. Qoy onlardan İlhamə xanıma rəhmət getsin.

Rəhmətlik sağlığında ildə 4 dəfə ad günü qeyd edib. Yığdığı qızıl-zinət əşyaları ortalıqda, daha doğrusu kimlərdəsə qaldı. İndi dəvət etdikləriniz hədiyyə gətirəcək, yoxsa nə? Mənə çox maraqlı gəldi.

Gərək siz onun üçün xatirə gecəsi keçirəsiniz, əyləncə yox. Rəhmətlik zamanında çox əylənib. İndi də əyləndirməyin, Vallah yazıqdır, imkan verin məzarında rahat yatsın".


Qeyd edək ki, E.İsmayılov avqustun 17-də İ.Quliyevanın ad günündə tədbir keçirib, sənət adamlarını ora yığacağını deyib.

axsam.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar