Sizin Reklam Burada
Xəbər lenti
06 aprel
05 aprel
04 aprel
BÜTÜN XƏBƏRLƏR

Nazirlik müsabiqə elan etdi - #evdəqalevdəyarat

Tarix: 22-03-2020 14:16     Baxış: 230 A- / A+
[center]Nazirlik müsabiqə elan etdi - #evdəqalevdəyarat[/center

Məlum olduğu kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası bizim ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar bağlıdır, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyyə olunur.

Manevr.az xəbər verir ki, bu çətinliklərə baxmayaraq vətəndaşlarımızın yaradıcı bacarığı həmişə olduğu kimi, indi də yüksək səviyyədədir. Bu bacarığa güvənərək Kreativ Azərbaycan Portalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Facebook sosial şəbəkəsi vasitəsilə “Evdə qal evdə yarat” adlı təşəbbüsü elan edir!

Dünya əl sənətinin, musiqisinin, ədəbiyyatının, rəssamlığının ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və yaradıcılığımızla virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirək!

Evdə keçirdiyimiz vaxt ərzində yaradıcılığımızı işə salaq və pozitivliyə töhvə verək! Və bu həmçinin dəyərli hədiyyələr qazanmaq üçün şans yaradacaqdır.

Təşəbbüsdə iştirak şərtləri çox sadədir:

“Kreativ Azərbaycan” portalının Facebook səhifəsini (fb.com/creative.az) öz profilinizdən bəyənin, Koronavirus infeksiyasının yayıldığı müddətdə evdə olaraq yaratdığınız işi (əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s.) öz səhifənizdə #evdəqalevdəyarat həştəqi ilə paylaşın, Paylaşımda həmçinin “Kreativ Azərbaycan” Facebook səhifəsini qeyd (tag) etməyi unutmayın.

Əgər 2020-ci ilin 30 aprel tarixinə kimi sizin işiniz ən çox bəyənilən ("like" alan) işlərdən olsa, deməli qaliblərdən birisiniz və Kreativ Azərbaycan portalı və Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.

Qeydlər:

Əgər yaratdığınız musiqi, video, yazılı əsər və ya yaradıcı texnologiyadırsa, digər səhifələrdən linki qeyd edə bilərsiz (Youtube, Vimeo və s.).
#evdeqalevdeyarat həştəqi də yararlı sayılacaq.
Müsabiqə 2020ci ilin 30 aprel tarixinə kimi davam edəcəkdir.
Müsabiqə ilə bağlı sualları Kreativ Azərbaycan portalının Facebook səhifəsinə ünvanlaya bilərsiz.
Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

#evdəqalevdəyarat #evdeqalevdeyarat #creativeaz #SayNotoCovid

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar