Xəbər lenti
Prezidentin irad tutduğu xəritələrlə bağlı Mədəniyyət Nazirliyi açıqlama verdi

Mədəniyyət Nazirliyi Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin yeni binalarının açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş olunan xəritələrlə bağlı səsləndirdiyi haqlı iradlarla bağlı açıqlama verib.
Nazirliyin məlumatına görə, açılış zamanı həmin xəritələrdə coğrafi adların düzgün verilməsi və tarixi dövrlərin göstərilməsinin zəruriliyi ifadə edilib:
"Bildiririk ki, Mədəniyyət Nazirliyi yalnız dövlət tərəfindən təsdiq edilmiş xəritələrdən istifadə edir. Mədəniyyət Nazirliyi Prezidentin iradlarını nəzərə alaraq, verilmiş nöqsanların aradan qaldırılması üçün həmin xəritələrin hazırlanmasını həyata keçirən müvafiq orqanlara müraciət edib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər muzey və mədəniyyət müəssisələrində də araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsinə uyğun olaraq, aşkar edilmiş analoji nöqsanlar aradan qaldırılacaq".
Nazirliyin məlumatında daha sonra bildirilir ki, Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyindəki xəritələr Azərbaycan Prezidentinin 20 aprel, 2011-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan Redaksiya Heyətinin qərarı ilə 2014-cü ildə hazırlanmış "Azərbaycan Respublikasının Milli Atlası"ndan (səhifə 50-51 və 395-dən) götürülüb.
Manevr.az
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Namiq Dəlidağlı
Emil Rasimoğlu
Namiq Dəlidağlı
Aqil Abbas
Məhəmməd Cəbrayılov
- Əkbər Qoşalı
Rövşən Hüseynov
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar