Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ağstafada elmi-praktik konfrans keçirilib -ŞƏKİLLƏR

Tarix: 06-02-2020 23:42     Baxış: 41 369 A- / A+
Ağstafada elmi-praktik konfrans keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə fevralın 3-də Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Keşikçidağ Dövlət Qoruğunun, Ağstafa, Qazax və Tovuz rayonlarının abidə mühafizəçilərinin iştirakı ilə elmi-praktik konfransda müzakirə edildi.

Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 3-də Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirdiyi “Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir" fikirlərini xatırladaraq dövlətin bütün sahələrə olduğu kimi bu istiqamətdə də diqqət və qayğısını yüksək qiymətləndirdiyini, tarixi abidələrin hər bir xalqın keçmişi, bu günü və gələcəyi olduğunu bildirdi. Natiq bu gün təcavüzkar erməni işğalı altında olan torpaqlarımızdakı tarixi abidələrimizə qarşı vandalizmin tətbiq olunmasından, abidələrin saxtalaşdırılaraq erməni abidəsi kimi dünyaya təqdim olunmasından və beynəlxalq təşkilatların bu məsələyə biganə qalmasından geniş bəhs etdi. Tarixi abidələri qorumağın fəaliyyət sahəsindən asılı olmayaraq hər bir vətəndaşın borcu olduğunu vurğulayan idarə rəisi regional idarənin əhatə etdiyi rayonlardakı qoruqlarla birgə əməkdaşlıq edilməsinin vacibliyindən, komissiya yaradılmasından, təmir-bərpaya ehtiyacı olan abidələrin siyahıya alınmasından, turist səfərlərinin, abidə və qoruqlarda mədəni-kütləvi tədbirlərin təşkilindən, ümumiyyətlə bu sahəyə diqqətin artırılmasından, abidələrimizə sahib çıxmağın zəruriliyindən bəhs etdi.
Tədbirdə həmçinin idarənin rəis müavini Gülgün Kərimov, Keşikçidağ Dövlət Qoruğunun əməkdaşları Fazilə Hüseynova, Mələknisə Mehdiyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin Ağstafa rayonu üzrə məsul nümayəndəsi Mübariz Orucov, həmin qurumun Qazax rayonu üzrə məsul nümayəndəsi Səadət Əliyeva və başqaları çıxış etdilər.

Manevr.az

Ağstafada elmi-praktik konfrans keçirilib

Ağstafada elmi-praktik konfrans keçirilib
Ağstafada elmi-praktik konfrans keçirilib
Ağstafada elmi-praktik konfrans keçirilib
Ağstafada elmi-praktik konfrans keçirilib

Ağstafada elmi-praktik konfrans keçirilib
Ağstafada elmi-praktik konfrans keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar