Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əbülfəs Qarayev Sumqayıtda mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış oldu - ŞƏKİLLƏR

Tarix: 31-01-2020 18:40     Baxış: 3501 A- / A+
Əbülfəs Qarayev Sumqayıtda mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış oldu - ŞƏKİLLƏR

Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün vətəndaşların qəbulu ilə bağlı gəldiyi Sumqayıt şəhərində bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Manevr.az xəbər verir ki, nazir ilk olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla birgə Heydər Əliyev Mərkəzinin foyesində Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində yaradılmış “Mədəniyyət könüllüləri” dəstəsinin təqdimatında iştirak edib.

Mərasimdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində gənclərimizdən ibarət könüllülər də fəal iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub. Nazir könüllü gənclərlə işin təşkilinin sistemləşdirilməsi, onların mədəniyyət sahəsində fəaliyyətinin stimullaşdırılması məqsədilə nazirliyin müəssisələrində könüllülər şəbəkəsinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. “Bu proqram ölkədə vahid mədəniyyət könüllüləri bazasının yaradılmasında mühüm rol oynayır. Fəal könüllər gələcəkdə Mədəniyyət Nazirliyi sistemində vakansiya yaranan zaman işlə təmin olunacaqlar”, - deyə nazir bildirib.

Nazir həmçinin Heydər Əliyev Mərkəzində tərtibatçı-rəssam Ramin Allahverdiyevin əl işlərindən ibarət sərgi ilə tanış olub. Sərgidə fərqli formatda hazırlanan geniş çeşidli suvenirlər nümayiş etdirilir.

Əbülfəs Qarayev daha sonra Sumqayıt şəhərində yerləşən bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

2019-cu ildə açılışı keçirilən “Nizami” kinoteatrında nazirə məlumat verilib ki, ikimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla üç kinozal və digər inzibati otaqlar var. Müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan kinoteatrın yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, insanların istirahətinin təşkilində əhəmiyyətli rol oynayacaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək.

Əbülfəs Qarayev daha sonra Sumqayıt Bulvarı ərazisində yerləşən Muğam Mərkəzinin fəaliyyəti ilə tanış olub. Diqqətə çatdırılıb ki, mərkəzin binasında konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb və zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var.

Nazir daha sonra Bayraq Muzeyi və Sumqayıt Bulvarı ilə də tanış olub.

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar