Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi

Tarix: 15-01-2020 12:14     Baxış: 2889 A- / A+
“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi


Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Sevinc Ağa Xəlilqızının (Basqallı) “Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi.


Azərbaycan Himni səsləndirildi və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə kitabın müəllifi Sevinc Ağa Xəlilqızı açdı. Müəllif qeyd etdi ki, kitab Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin Vətənə və Azərbaycanın ərazi bütövlüyünə həsr olunmuş sitatları ilə başlanır. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətənpərvərlik haqqında sitatları verilib. O, bildirdi ki, kitabda Dağlıq Qarabağ hadisələri və o cümlədən Qarakənd faciəsindən bəhs edilir. Müəllif tarixi faktları araşdıraraq xatırlatdı ki, bugünkü Ermənistan ərazisinin 82 faizi Azərbaycan torpaqlarıdır. Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Göyçə mahalı, Göyçə gölü bizim ata-baba yurdlarımızdır. Kitabda şəhidlər haqqında tarixi məlumatlar əks olunub, şəhidlər haqqında şeirlər verilib. Qarakənd yaxınlığında Azərbaycana məxsus hərbi helikopterin ermənilər tərəfindən vurulmasına həsr olunmuş povest kitabda mərkəzi yer tutmuşdur.

Çıxış edənlər BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, kitabın məsləhətçisi Tahir Cəfərli kitab haqqında geniş söhbət açaraq, Qarabağ uğrunda həlak olan bütün şəhidləri qəhrəman adlandırdı. Kitabın məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova qeyd etdi ki, Qarabağ uğrunda mübarizə Azərbaycanın ən yeni tarixinin faciəli səhifələrindən biridir. O, müəllifə hörmət və ehtiramını bildirərək ona yeni yaradıcılıq uğurları arzuladı. Kitabın redaktoru, Atatürk Mərkəzinin şöbə müdiri, AYB-nin üzvü Dəyanət Osmanlı vurğuladı ki, kitabda xronoloji ardıcıllıqla çox mühüm faktlar öz əksini tapmışdır, Qarakənd yaxınlığında həlak olanlar haqqında məlumatlar verilmişdir. Təqdimatda şair-qəzəlxan, AYB-nin üzvü Zülfüqar Həbibi, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Qafar Əsgərzadə, BDU-nun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, yazıçı-publisist, “Elm və təhsil” qəzetinin baş redaktoru Pərixanım Muradova və başqaları çıxış etdilər.

Helikopterdə həlak olan həmvətənlərimizin ailə üzvləri və qohumları Məleykə Əsədova, Lalə Hacıyeva, Lalə İsmayılova, Səadət Mahmudova, Firuzə Qayıbova, Xurşud Namazəliyeva və başqaları çıxış edərək müəllifə dərin minnətdarlıqlarını bildirərək, bütün şəhidlərin xatirələrini ehtiramla yad etdilər.

Tədbirin şəhidlərə həsr olunmuş bədii hissəsində 53 №-li tam orta məktəbin şagirdləri Həmid və Lalə Tağıyevlər, Murad Əhmədzadə, 21 №-li tam orta məktəbin şagirdləri Fatimə Cavadova, Rəvanə Həsənli, 20 №-li məktəb-liseyin şagirdi Ceyran Hüseynova, şəhid Samir Hacıyev adına 5 №-li tam orta məktəbin şagirdi Aylin Hacıyeva çıxış etdilər.

Tədbirin sonunda Beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının magistrı İslam Qasımov Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etdi.

“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi
“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi
“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi
“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi
“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi
“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi
“Əlvida söyləmədən...” kitabının təqdimatı keçirildi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar