Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi - ŞƏKİLLƏR

Tarix: 15-01-2020 11:22     Baxış: 2533 A- / A+
Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi - ŞƏKİLLƏR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Gənci-Nihan mənəm” layihəsi çərçivəsində gənclər arasında bədii qiraət müsabiqəsi keçirilmişdir.

Manevr.az xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, gənc şair Əliyar Rəfiyev layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, müsabiqənin Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr edildiyini qeyd etmiş, məqsədin Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənmək olduğunu bildirmişdir.
Digər çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Lilpar Cəmşidqızı və şair-qəzəlxan Mahir Məmmədov bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ SSRİ dövründə Bakıda şairin abidəsi ucaldılmış, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülmüş, Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamları isə bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin əyani göstəricisidir.
Müsabiqə seçilmiş şeirlərin məzmuna uyğunluğu, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilmə kimi meyarlar nəzərə almaqla keçirilmişdir. Yekunda münsiflər heyətinin qərarına əsasən I yerə Muradlı Rəbiyə, II yerə Qasımlı İnci, III yerə isə Həmidov Emil layiq görülüb. Sonda qaliblərə sertifikat və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.

Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi - ŞƏKİLLƏR
Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi - ŞƏKİLLƏR
Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi - ŞƏKİLLƏR
Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar