Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans -ŞƏKİLLƏR

Tarix: 14-01-2020 13:36     Baxış: 2450 A- / A+
Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans -ŞƏKİLLƏR


Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Məhfil-i-üns” məclisi ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində Hz. Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans təşkil etdilər.

Konfransı giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq qeyd etdi ki, fars ədəbiyyatında məsnəvi formasını cilalayan və şöhrətləndirən Cəlaləddin Rumi olmuşdur. O, bildirdi ki, Mövlanənin əsas məqsədi insanda və kainatda gizli olan həqiqətləri göstərməkdir. Daha sonra “Məhfil-i-üns” məclisinin sədri Hədyə Zəhra Əhmədi XIII əsrin dahi şəxsiyyətlərindən olan, içində böyük bir Allah sevgisi daşıyan, ilahi yolun yolçusu, böyük təsəvvüf və dövrünün məhşur şairlərindən olan Mövlana Cəlaləddin Ruminin məsnəviləri haqqında danışaraq, bəzilərini təhlil etdi. O, həm də Abbasqulu ağa Bakıxanovun yaradıcılığından məsnəvi söylədi.
Şair-qəzəlxanlar Şahin Fazil və Gülarə Munis Mövlanəyə həsr etdikləri qəzəlləri səsləndirdilər.
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Hz.Mövlanənin nəinki Şərqdə, bütün dünyada tanınmasından maraqlı söhbət açdı. O, Mövlanənin bir neçə irfani şeirlərini təhlil etdi.
Ədəbi tənqidçi, yazıçı-publisist Əsəd Cahangir Ruminin fikirlərinə Şəms Təbrizinin böyük təsiri olduğunu vurğuladı. Sonra özünün qələmə aldığı poemadan bir hissə söylədi.
AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçisi Anar Qafarov Ruminin məsnəviləri və ney haqqında məlumat verdi. O, ilahi eşqlə bağlı İbn Sinanın da əsəri olduğunu qeyd etdi.
Zülfiyyə Eldarqızı, Esmira Fuad və Pərixanım Muradova da şeir və qəzəllər söylədilər.
Konfransda Mövlanəyə aid maraqlı diskussiyalar aparıldı.
Konfransda AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, ədəbi tənqidçi, publisist Əsəd Cahangir, şairə Gülarə Munis, “Kaspi” qəzetinin Mədəniyyət şöbəsinin müdiri Afət İslam, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fazil, “Elm və təhsil” qəzetinin baş redaktoru, yazıçı-publisist Pərixanım Muradova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, Mədəniyyət.az jurnalının baş redaktoru Zöhrə Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının baş mütəxəssisi Mətanət Eyvazova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı, filologiya üzrə elmlər doktoru, dosent Esmira Fuad, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Anar Qafarov, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları və digər qonaqlar iştirak edirdilər.
Beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının magistrı İslam Qasımov Müslüm Maqomayevin “Azərbaycan” və Rəşid Behbudovun “Ey vətən” mahnılarını ifa etdi.

Manevr.az

Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans -ŞƏKİLLƏR
Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans -ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar