Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Parisdə azərbaycanlı solistlər konsert verdi

Tarix: 05-01-2020 12:22     Baxış: 2327 A- / A+
Parisdə azərbaycanlı solistlər konsert verdi


Parisin 5-ci rayonunda yerləşən Saint Severin kilsəsində klassik musiqi konserti olub.


Manevr.az kult.az-a istinadən xəbər verir ki, Fransanın İncəsənətin Dostları Assosiasiyasının təşkil etdiyi konsertdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, Sankt- Peterburq Mariinski Teatr truppasının solisti, beynəlxalq müsabiqələr laureatı, həmvətənimiz Timur Abdikeyev və Bakı Musiqi Akademiyasının Opera Studiyasının solisti Adil Axundov çıxış ediblər.

Konsert çərçivəsində görkəmli bəstəkarlar Jeorq-Frederix Handel (Georg Friedrich Haendel, 1685), Jan-Sebastyən Bax (Jean-Sébastien Bach, 1685), Franz Jozef Haydn (Franz Joseph Haydn, 1732), Vinçenso Bellini (Vincenzo Bellini, 1801), Rudolfo Falvo (Rodolfo Falvo, 1873) və Jorj Gerşvin (George Gershwin, 1898) əsərləri ifa olunub.

Qeyd edək ki, Bakıda anadan olmuş T. Abdikeyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə Bakıda Şövkət Məmmədova adına Respublika və Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqələrinin mükafat və fəxri adlarına layiq görülüb. «Ümid» diplomu və İ.K.Arxipova adına Fondun mükafatına layiq görülmüşdür. O, Vladimir Atlantovun rəhbərlik etdiyi vokalistlərin beynəlxalq müsabiqəsinin laureatı və Milanda Leyla Gencerin rəhbərlik etdiyi “La Scala” teatr müsabiqəsinin finalisti olub.

2004-cü ildə Sankt -Peterburqun Marliinski Teatrının səhnəsində karyerasına başlayan T. Abdikeyev bu əfsanəvi teatrın səhnəsində 60-dan çox rolları ifa edib.

T.Abdikeyev Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərinin məşhur opera və teatrlarında konsertlər verib və Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə eyni səhnəni bölüşüb.

T. Abdikeyev hazırda Parisdə yaşayır və karyerasını davam etdirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar