Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti kitabı İtaliyada işıq üzü görub

Tarix: 03-12-2019 20:42     Baxış: 4354 A- / A+
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti kitabı İtaliyada işıq üzü görub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihə çərçivəsində Fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görüb.

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq dünyanın bir çox ölkəsində silsilə tədbirlər keçirilir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İtaliyanın “Sandro Teti” Nəşriyyat Evi ilə əməkdaşlığı çərçivəsində “Nəsimi Poeziyası” kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilib. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşrini də yubileyə töhfə adlandırmaq olar.

Nəşr, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Nəsimi - əbədiyyət üfüqündə sevgi günəşi” ön sözü ilə açılır. Şerləri italyan dilinə tərcümə edən türkoloq alim Marilena Reanın “Nəsimi işığı” adlı məqaləsi də nəşrdə yer alır.

Azərbaycan poeziyasının ən önəmli şəxsiyyətlərindən biri olan İmadəddin Nəsiminin əsərlər toplusu, Türk Dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı italyan oxucusunun dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmasına imkan yaradır. Kitabın təqdimatı bu ay ərzində İtaliyanın müxtəlif şəhərlərində nəzərdə tutulub.

Qeydedilməlidir ki, bu nəşr Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İtaliyada çapdan çıxan ikinci kitabdır. Belə ki, keçən il Fondun, “Sandro Teti” Nəşriyyat Evi ilə birgə “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı buraxılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar