Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq

Tarix: 18-11-2019 17:48     Baxış: 3297 A- / A+
Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq

Yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin Bakıda heykəli ucaldılacaq.

Manevr.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, heykəlin ucaldılması istiqamətində müvafiq işlər aparılır:

“Heykəlin ucaldılacağı yer hələlik müəyyən edilməyib. Ekspertlərin verəcəyi rəylə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək. Heykəlin ucaldılması üçün yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq.

Buna zaman lazımdır. Heykəlin hazırlanması üçün müsabiqə elan olunacaq. Heykəlin kim tərəfindən hazırlanacağı məlum olduqdan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq”.

V.Əliyev qeyd edib ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır.

Qeyd edək ki, bu gün yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri də iştirak edib.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar