Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rüfət Teatr Xadimləri İttifaqında yaşanan qalmaqaldan danışdı: "Bilmirəm, Azər Paşa Nemətov..."

Tarix: 27-10-2019 17:48     Baxış: 3367 A- / A+
Rüfət Teatr Xadimləri İttifaqında yaşanan qalmaqaldan danışdı: "Bilmirəm, Azər Paşa Nemətov..."

Akademik Rus Dram Teatrının aktyoru, Teatr Xadimləri İttifaqının üzvü Rüfət Nəzər ittifaqda yaşanan qalmaqala münasibət bildirib.

Manevr.az xəbər verir ki, musavat.com-a açıqlama verən aktyor Azər Paşa Nemətovun yenidən Teatr Xadimləri İttifaqına sədr seçilməsinə belə münasibət bildirib: "Hazırda ölkəmizdə islahatlar gedir. Maaşlarımız da artıb. Əslində, Azər müəllimin ünvanına nə isə demək istəmərəm. O, çox hörmətli və bacarıqlı insandır, sənətkardır. Ola bilər ki, bəzi şeyləri bilmir. Məsələn, mənə bir neçə gün öncə keçirilən Teatr Xadimləri İttifaqının konfransına dəvətnamə gəlməyib. Amma təqdim edilməli idi. Çünki Teatr Xadimləri İttifaqının fəal üzvüyəm.

Mən Azərbaycanın Fəxri Mədəniyyət işçisiyəm. İttifaqın əvvəlki konfransında iştirak etmişəm. Bu dəfə nədənsə yaddan çıxdım. Ola bilsin ki, dəvətnamə gəlib, teatrda mənə çatdırmayıblar.

Amma yeni baxışlar lazımdır, modernləşməliyik. Əslində bilmirəm ki, Azər Paşa müəllim xaricə gedib, yeniliklər gətirib, tövsiyyə edib, konfranslar keçirib, yoxsa yox. Baxmayaraq ki, Teatr Xadimləri İttifaqının üzvüyəm, xəbərim yoxdur..."

O, fəxri adlardan da danışıb: "Beynəlxalq layihələrə tez-tez dəvət alıram. Hazırda Hindistan filmində oynayıram. Qazaxıstana səfərim gözlənilir. Mənə "Niyə xalq artisti deyilsən" sualını verənlərə cavab verirəm ki, beynəlxalq artistəm. Təbii ki, bu bir zarafatdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar