Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əvvəlcə onun başına yaylıq bağladı, sonra üzünə tüpürdü - Həsənağa Turabovla bağlı maraqlı fakt

Tarix: 16-09-2019 21:21     Baxış: 4314 A- / A+
Əvvəlcə onun başına yaylıq bağladı, sonra üzünə tüpürdü - Həsənağa Turabovla bağlı maraqlı fakt


Sosial şəbəkədəki səhifələrin birində mərhum aktyor Həsənağa Turabov haqqında maraqlı bir fakt yazılıb.

Manevr.az ölkə.az-a istinadla əhvalatı olduğu kimi təqdim edir:

"Böyük sənətkarımız Həsənağa Turabovu qonaq çağırırlar. Biraz gec gedir. Qapıya yaxınlaşanda eşidir ki, qonaqlardan biri onun haqqında danışır, qeybət edir. Özünü saxlaya bilmir, içəri daxil olur və masaya yaxınlaşır. Hər kəs başa düşür ki, Həsənağa müəllim bütün danışıqları eşidib. Hər kəs ondan çəkinərdi. Həsənağa müəllim onu qonaq çağıran kişinin arvadını yanına çağırır və xahiş edir ki, başındakı yaylığı çıxarsın. Qadın başındakı yaylığı çıxarıb ona verir. Həsənağa müəllim arxasınca nahaqdan danışan adamı ayağa qaldırır, qadının yaylığını onun başına bağlayır və üzünə tüpürüb deyir:

"Məclisdə kişilərlə oturun. Mən bu adama çox yaxşılıq etmişəm, amma kişiyik, gərək deməyək. Dünən ayaqqabısı cırıq idi, barmağı çölə çıxırdı. Ürəyim dözmədi, cibinə pul qoydum, o da gedib özünə ayaqqabı alıb və o ayaqqabıları geyinib qaça-qaça gəlib burda mənim arxamca danışır".

Həsənağa müəllim onun üzünə tüpürür və ordakılarla da bir daha oturmur. Deyir ki, kişinin yanında qeybət etməzlər, siz də kişi deyilsiniz! Məclisi tərk edib gedir..."

Qeyd edək ki, Azərbaycan SSR dövlət mükafatı laureatı, Azərbaycan SSR-nin xalq artisti, "Şöhrət" ordeni laureatı, SSRİ Ali Sovetinin deputatı olan sənətkarımız 2003-cü ildə 64 yaşında vəfat edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar