Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib - ŞƏKİL

Tarix: 16-09-2019 09:55     Baxış: 4302 A- / A+
Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib - ŞƏKİL


Bakı Kitab Mərkəzinin bir illik fəaliyyətinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, gecədə bir il ərzində Bakı Kitab Mərkəzində baş tutan tədbirlər, layihələr, ədəbiyyat, incəsənət və poeziya axşamları, bədii-musiqili gecələr, həmçinin mərkəzin ictimai-sosial fəaliyyətini əks etdirən Azərbaycan və ingilis dillərində nəşr olunmuş fotoalbom təqdim olunub.

Gecədə çıxış edən mərkəzin direktoru Günel Anarqızı bildirib ki, bu müddət ərzində 100-ə yaxın tədbirlər keçirilib. Bildirib ki, Azərbaycanda vaxtilə kitaba böyük maraq göstərilib, mütaliə sevənlərin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Bütün bunlar gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə xidmət edir ki, bu məsələyə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi diqqət yetirir. Qeyd edib ki, bunun sayəsində bu gün Bakı Kitab Mərkəzi oxucuların ən sevimli məkanına çevrilib. Sonra G.Anarqızı fotoalbom haqqında məlumat verib, gördüyü işlər barədə danışıb.

Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev mərkəzin Azərbaycan xalqının bir uğuru olduğunu söyləyib. O, keçmiş SSRİ məkanında Kiyev, Leninqrad şəhərləri ilə yanaşı, Bakıda da çoxlu kitab evlərinin mövcud olduğunu və sonradan belə məkanların azaldığını söyləyib. Xalq yazıçısı son illər ölkəmizdə mütaliəyə marağın artığını və çoxlu kitab mağazalarının açıldığını vurğulayıb.

Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Xalq şairi Ramiz Rövşən çıxış edərək Kitab Mərkəzinin bir illik fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, kitab oxucu üçün vacib, onu tənhalıqdan xilas edən mənəvi qidadır. Kitabsız xalq yoxdur, onu heç nə əvəz edə bilməz.

Sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissəsində Xalq artisti Murad Hüseynov və Əməkdar artist Tünzalə Ağayeva və digər musiqiçilər çıxış ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar