Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Kaş doğum günümdə torpaqlarımız işğaldan azad olunaydı" - Xalq artisti

Tarix: 13-08-2019 21:22     Baxış: 3327 A- / A+
"Kaş doğum günümdə torpaqlarımız işğaldan azad olunaydı" - Xalq artisti

“Ürəyimdən elə bir hiss keçirirəm ki, kaş doğum günümdə torpaqlarımız işğaldan azad olunaydı”

Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Aygün Bayramova deyib. Xalq artisti bildirib ki, ən böyük arzum torpaqlarımızın işğaldan azad olunmasıdır:

“Təbii ki, dəbdəbəli ad günü keçirməyi sevmirəm. Əsl doğum günlərim Ağdamda şagird olduğum vaxtlarda keçib. Təntənəli doğum günü keçirmək ona görə ürəyimdən gəlmir. Ürəyimdən elə bir hiss keçirirəm ki, kaş doğum günümdə torpaqlarımız işğaldan azad olunaydı. Elə gün yoxdur ki, o yerlərimizi yadıma salmayım. Bunlar bizim üçün müqəddəs yerlərdir. Sosial şəbəkələrdə ermənilərin torpaqlarımızda etdiklərini görəndə adamın ürəyi yanır. Az qalır ki, ürəyin partlasın.

Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunmasıdır. Əsas odur ki, torpaqlarımıza yenidən sahib çıxaq. Xırda məsələlər onsuz da öz həllini tapacaq. O torpaqlarda ermənilər deyil, biz gəzməliyik. Uşaqlığım o yerlərdə keçib. Oralar bizim qanımız və canımızdır. Qarabağ erməninin ola bilməz, bu müvəqqəti bir şeydir”.

Qeyd edək ki, Aygün Bayramova 1967-ci il avqustun 13-də Ağdamın Sarıhacılı kəndində anadan olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar