Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağdamda şəhid Qaryağdı Əhmədovun xatirəsi anılıb

Tarix: 02-08-2019 21:53     Baxış: 2503 A- / A+
Ağdamda şəhid Qaryağdı Əhmədovun xatirəsi anılıb


Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində şəhid Qaryağdı Əhmədovun xatirəsi anılıb.
Rayon ictimaiyyətinin, şəhid Qaryağdı Əhmədovun ailə üzvlərinin, mədəniyyət və təhsil işçilərinin, məktəblilərin, N saylı hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, kənd sakini Məmmədəli İmanov, Mahrızlı kənd tam orta məktəbinin direktoru Südeyib Məhərrəmov, şəhidin atası Eldar Əhmədov, Qarabağ müharibəsi veteranı Oruc Cabbarov və başqaları çıxış edərək, şəhidlərin ölməzliyindən, Vətənin müqəddəsliyindən danışıblar. Bildirilib ki, Əhmədov Qaryağdı Eldar oğlu 1992-ci il iyulun 1-də Ağdam rayonunun Saybalı kəndində anadan olub. Orta təhsilini 118 saylı Ağdam köçkün tam orta məktəbində alan Q.Əhmədov 2012-ci ildə Azərbaycan ordusunda hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi xidmətə başlayıb. 2014-cü ilin avqustun 1-də cəbhədə düşmənin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Şəhidin anası Məzəli Əhmədova Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, oğlunun şəhidlik zirvəsinə ucalması ilə qurur duyduğunu bildirib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb. Şəhidlərin gənclər üçün örnək olan həyat yolunun gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını bildirib.
Mərasim iştirakçıları sonra şəhid Qaryağdı Əhmədov haqqında hazırlanmış video-slaydı izləyib, şəhidin Döyüş Şöhrəti Muzeyində saxlanılan foto və əşyalarına baxıblar. Məktəblilər bədii kompozisiya göstərib, hərbi hazırlıqla bağlı çıxış edib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər./azertac/
Ağdamda şəhid Qaryağdı Əhmədovun xatirəsi anılıb


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar