Sizin Reklam Burada
Xəbər lenti
16 sentyabr
15 sentyabr
14 sentyabr
BÜTÜN XƏBƏRLƏR

“Sumqayıtda ədəbi həyat”ın təqdimatı - ŞƏKİLLƏR

Tarix: 24-06-2019 12:44     Baxış: 290 A- / A+
“Sumqayıtda ədəbi həyat”ın təqdimatı

Sumqayıt Poeziya Evində Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə görkəmli tənqidçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib.

Manevr.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarını salamlayaraq “Sumqayıtda ədəbi həyat” kitabı və onun nəşrə hazırlanması və çapı ilə bağlı ətraflı məlumat verib və Sumqayıtın 70 illik yubileyinə layiqli bir ərməğan olan kitabı araya-ərsəyə gətirənlərə təşəkkürünü bildirib.

Sonra söz tədbirin aparıcısı, əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlliyə verilib. Əşrəf Veysəlli Vaqif Yusiflinin ədəbi tənqid sahəsində gördüyü işlərdən və Sumqayıt ədəbi mühitindən ətraflı söz açıb.

Sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək ölkəmizin mədəni dəyərlərinin dövlətimiz tərəfindən yüksək səviyyədə qorunduğundan və dünyada tanıdılması yönündə görülən geniş miqyası layihələrdən söz açıb, sumqayıtlı yazarla xüsusi rəğbətinin olduğunu dilə gətirib, müəllifi təbrik edib.

Təqdimatda çıxış edən yazarlardan Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Raqfiq Yusifoğlu, Namiq Məna, Gülnarə Cəmaləddin, Qənirə Mehdixanlı, Rafiq Oday, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Günel Eyvazlı, Rəfail Laçınlı, Almaz Bəyazid, məktəbli yazar Gülnaz Nağızadə çıxış edərək kitabın nəşrində əməyi keçənlərə öz təşəkkürlərini bildiriblər.

Kitabın nəşrinə dəstək olmuş “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ceyran Axundova çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda kitabın müəllifi Vaqif Yusifli Azərbaycanda çağdaş ədəbi proses barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və “Sumqayıtda ədəbi həyat” kitabının yazılması barədə danışıb, kitabın nəşrində əməyi keçənlərə minnətdarlığını bildirib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


“Sumqayıtda ədəbi həyat”ın təqdimatı
“Sumqayıtda ədəbi həyat”ın təqdimatı
“Sumqayıtda ədəbi həyat”ın təqdimatı
“Sumqayıtda ədəbi həyat”ın təqdimatı
“Sumqayıtda ədəbi həyat”ın təqdimatı
“Sumqayıtda ədəbi həyat”ın təqdimatı
“Sumqayıtda ədəbi həyat”ın təqdimatı








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar