Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kitabxanaya kitablar hədiyyə olundu

Tarix: 20-06-2019 18:41     Baxış: 2554 A- / A+
Kitabxanaya kitablar hədiyyə olundu


Bu gün, 20 iyun tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) yazıçı və tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Təbrizdə anadan olan və hazırda Türkiyədə yaşayan həmyerlimiz Əli Polad 200-dən çox nəfis şəkildə tərtib olunmuş kitab, 40 CD, çoxlu sayda plakatlar hədiyyə etdi. Əli Polad bir neçə universitetin fəxri doktoru və professoru, vətənpərvər ziyalı və maarifçi insandır.
Kitabxanalara “Bir damcı su”, “Əzab yüklü eşşək” kitabları, “Üç min ilin hikməti” CD-si və Mirzə Əli Möcüzün şeirlərindən ibarət toplu hədiyyə olundu.
Əli Poladın “Əzab yüklü eşşək” kitabında 24 elmi şərh və izah, 24 məsəl, 1 yanıltmac, 90 lətifə, 13 şeir, 104 atalar sözü, 4 tapmaca, 4 bayatı, 32 hekayə və nağıl, 2 povestdən parça, eləcə də ulaqla bağlı xalq arasında yayılmış müxtəlif inanclar, adət-ənənələr və türkəçarələr verilmişdir.
Əli Polad “Bir damcı su” kitabında suyun fiziki-kimyəvi özəlliklərindən, Yer kürəsində oynadığı roldan bəhs edir, onun insan üçün nə olduğunu anladır.
CD-də yer alan 3 min il ərzində bəşəriyyətin yaratdığı hikmətli hekayələr, dostluq, vəfa haqqında düşüncələr Azərbaycanın Xalq artisti Fuad Poladov, Əməkdar artistlər Mehriban Zəki və Məmməd Səfanın ifasında səsləndirilir. Cavanşir Quliyevin bəstəsinin, Möhlət Müslümov, Fəxrəddin Dadaşov və Elşad Cabbarovun müşayiət etdikləri musiqinin vəhdəti ilə səsləndirilən hekayələr dinləyicilərin rəğbətini qazanmışdır.
Plakatlarda Hz.Əlinin mənalı həyat haqqında tövsiyələri, ulu öndər Heydər Əliyevin müdrik kəlamları, kainat haqqında maraqlı fikirlər, beyin dalğalarının təsiri haqqında məlumatlar əks olunub.
Kitablar respublikamızın bir çox şəhər və rayon Mərkəzi Kitabxanalarına göndəriləcək, Yasamal rayon MKS-i tərəfindən keçirilən müsabiqə qaliblərinə də təqdim olunacaq.

Kitabxanaya kitablar hədiyyə olundu
Kitabxanaya kitablar hədiyyə olundu
Kitabxanaya kitablar hədiyyə olundu


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar