Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR

Tarix: 11-06-2019 14:27     Baxış: 3708 A- / A+
Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR

Xızı rayon Cəfər Cabbarlı ev muzeyində “Cəfər Cabbarlı günü” keçirilib

Manevr.az-ın verdiyi xəbərə görə, tədbir Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Xızı rayon Cəfər Cabbarlı ev muzeyi və Bakı şəhər Cəfər Cabbarlı ev muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirə ev sahibliyi edən Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Möhsün Bağırov və Bakı şəhər Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Bağırova çıxış edərək belə tədbirlərin yüksək əhəmiyyətindən danışıb, bundan sonra da davam edəcəyini bildiriblər.

Sonra söz-sənət ustalarının, elm və incəsənət xadimlərinin, Azərbaycan Respublikasnın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin ədibin yaradıcılığı, zəngin ədəbi irsi, keşməkeşli həyat yolu ilə bağlı çıxışları dinlənilib.

Daha sonra şagirdlərin ifasında Cəfər Cabbarlının şeirləri dinlənilib.

Sonda məşhur kamança ifaçısı, Xalq Artisti Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayeva, Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar, xalq və bəstəkar mahnıları, o cümlədən, instrumental musiqi və muğamlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR
Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR
Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR
Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR
Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR
Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR
Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR
Xızıda “Cəfər Cabbarlı günü” keçirilib - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar