Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib - ŞƏKİLLƏR

Tarix: 31-05-2019 20:30     Baxış: 2391 A- / A+
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klub C.Cabbarlı adına mədəniyyət evi ilə birgə 1 İyun Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunmuş “Xöşbəxt olsun uşaqlar” adlı ədəbi-bədii gecə keçirib.
Tədbirdə C.Cabbarlı adına mədəniyyət evinin solistləri Pənah Məmmədli, Əli Əzizoğlunun ifasında şən mahnılar, “Turan” və “Mehriban uşaqlar” rəqs kollektivlərinin ifasında milli rəqslərimiz, kitabxananın fəal oxucularının ifasında uşaqlara həsr olunmuş şeirlər, 64 saylı “Novruzgülü” uşaq bağçasının balaca fidanlarının çıxışı maraqla qarşılanıb. Tədbirdə kitabxanada fəaliyyət göstərən “Satış məntəqəsi”nin də kitabları sərgilənib.

Fikrət Əmirov adına uşaq musiqi məktəbində hesabat konserti keçirilib. Konsertdə məktəbin müəllim və şagirdləri Azərbaycan və xarici bəstəkarların mahnılarını məharətlə ifa ediblər.

Şəhər Mədəniyyət Evi kollektivi Abşeron rayon Novxanı kənd sənətkarlıq klubu ilə birgə “N” saylı hərbi hissənin zabitlərinin övladlarını "Uşaqları sevgimizlə qoruyaq" adlı bayram konserti və kukla tamaşası ilə təbrik ediblər. Tədbirdə mədəniyyət evinin gənc solistləri Kamil Ağazadə, Zaur Yusifli, Natiq Ayxanın şən mahnılar dinlənilib, rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümyiş olunub, "Narbala" kukla teatırının "Cırtdan" kukla tamaşası nümayiş olunub, kloun və nağıl qəhrəmanlarının məzhəkəli oyunları, “Xəzər ulduzları” rəqs kollektivinin ifasında rəqs nömrələri izlənilib.

Abşeron rayon Saray qəsəbə parkında qəsəbə sakinləri uçun Saray Uşaq İncəsənıt Məktəbinin illik hesabat konsert proqramı keçirilib. Tədbirdə Saray Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivi çıxış ediblər. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib, istedadlı şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar və rəqslər ifa olunub. Saray Uşaq İncəsənıt Məktəbinin Təsviri incəsənət şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Görədil kənd Folklor klubu və Görədil kənd tam orta məktəb ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Hər Uşaq bir çiçəkdir” adlı tədbir keçirib. Tədbirdə balaca fidanların ifasında şer və mahnllar dinlənilib, rəqs nömrələri izlənilib.

Xızı rayon Mərkəzi Kitabxanasında Kitab və Oxu bayramı keçirilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov çıxış edərək cəmiyyətin kitaba, kitabxanaya və mütailəyə münasibəti, dövlətin kitabxana sahəsinin inkişafı üçün gördüyü işlərdən bəhs edib. Daha sonra tədbirdə Xızı rayon uşaq bağçasının balaca fidanlarının ifasında şeir və nəğmələr, R.İsmayılov adına Xızı rayon orta məktəbinin şagirdlərinin ifasında şeirlər səslənib. Tədbirdə “Sən elə bir zirvəsən”, “2019-cu il Nəsimi ili”, “İmadəddin Nəsimi -650”, “Şərqin Dan ulduzu”, “Sumqayıt -70 – Qardaş şəhər”, “Sehirli nağıllar”, “Yeni ədəbiyyatlar”, “Şəhidlik zirvəsi”, “Xızı doğma diyarım”, “Yubliyarlar”, “Doğma Qarabağım” başlığı altında 1000 nüsxəyə yaxın ktab və əl işləri sərgilənib.

Zəngilan rayon Diyarşünaslıq Muzeyin əməkdaşları “İnsan Hüquqları Aylığı” çərçivəsində Zəngilan rayon 33 saylı tam orta məktəbində tədbir keçiriblər. Muzey əməkdaşları insan hüquqlarını, hüquq bərabərliyini təbliğ edən məruzə ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar