Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Avroviziya”da Azərbaycanla bağlı daha bir qalmaqal - Belarus Çingizə səs veribmiş

Tarix: 21-05-2019 08:33     Baxış: 3326 A- / A+
“Avroviziya”da Azərbaycanla bağlı daha bir qalmaqal - Belarus Çingizə səs veribmiş

Ötən həftənin şənbə günü İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin final gecəsində Belarusun Azərbaycana xal verməməsi müzakirələrə səbəb olub.

Müsabiqədə təmsilçilərimizin çıxışını hər zaman yüksək xalla qiymətləndirən Belarus bu dəfə Çingizə heç bir xal verməyib.

Belarus münsifləri təkcə Azərbaycana yox, eləcə də, qonşu Rusiyaya qarşı eyni münasibəti sərgiləyib.
“Avroviziya”da Azərbaycanla bağlı daha bir qalmaqal - Belarus Çingizə səs veribmiş

Yarışma bitər-bitməz məlum olub ki, jürilər Avropa Yayım Birliyinin (AYB) qaydalarını kobud şəkildə pozublar. Belə ki, onlar yarımfinallardan sonra bir çox mətbuat nümayəndəsinə açıqlama verərək, xal verdikləri ölkələrin adlarını açıqlayıblar. Bu da öz növbəsində yarışmanın qaydalarına ziddir.

Final günü qaydaları pozan münsiflər (“Avroviziya-2019”da Belarus tərəfindən münsiflər heyətinin tərkibində Valeriy Priqun, Anqelina Mikulskaya, Olqa Rıjıkova, Artyom Mixalenko vəAnastasiya Tixanoviç olub - red.) heyətində dəyişikliklər olub. Onların verdiyi xallar siyahıda ən az xal gələn ölkələr arasında bölüşdürülüb. Belarus heç kəsin gözləmədiyi anda 12 balı ev sahibi İsrailə göndərib.

Nəticələr dəyişdirilməmişdən öncə isə Belarusun Azərbaycan, Rusiya, Çexiya, İtaliya və digər ölkələrə səs verdiyi məlum olub. Lakin baş verən xoşagəlməz hadisədən sonra xallar ləğv olunub.

Məşhur musiqi prodüseri Viktor Drobış yaşanan qalmaqalla bağlı Avropa Yayım Birliyini məhkəməyə verəcəyi barədə məlumat yayıb.

Drobiş Rusiya mətbuatına verdiyi müsahibəsində bunları söyləyib:

“Avropa Yayım Birliyini məhkəməyə verməyə hazırlaşıram. Çünki onlar Rusiyanın Belarusla olan münasibətlərinə böyük zərbə vurub. Bu hadisə məni rus xalqı ilə düşmənə çevirdi.
Səsvermənin ilkin nəticələrinə əsasən, Belarus 12 xalını Rusiyaya, 10 xalını Niderlanda, 8 xalını Norveçə, 7 xalını İslandiyaya, 6 xalını Azərbaycana, 5 xalını Sloveniyaya, 4 xalını İsveçrəyə, 3 xalını İtaliyaya, 2 xalını Avstraliyaya, 1 xalını isə San-Marinoya verməli idi.
“Avroviziya”da Azərbaycanla bağlı daha bir qalmaqal - Belarus Çingizə səs veribmiş

Qeyd edək ki, “Avroviziya-2019” yarışmasının qalibi Niderland təmsilçisi Dunkan Laurens olub. Dunkan 492 səslə ölkəsinə “Avroviziya” sevinci yaşadıb. Azərbaycan təmsilçisi Çingiz Mustafayev 297 xalla 7-ci yerdə qərarlaşıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar