Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

ADU tələbələrinin ifasında “Leyli və Məcnun” operası səhnələşdirilib

Tarix: 17-05-2019 15:07     Baxış: 2335 A- / A+
ADU tələbələrinin ifasında “Leyli və Məcnun” operası səhnələşdirilib


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dillər Universitetində (ADU) dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası səhnələşdirilib.

Verilən məlumata görə, rektor, akademik Kamal Abdulla tamaşanın təqdimatının yüksək səviyyədə olduğunu deyib: “Tamaşanı universitetin tələbələrinin ifa etdiyini elan etməsəydilər, aktyorların Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri olduğunu düşünəcəkdim. Son dərəcə nəfis, həssas, səmimi tamaşa alınıb”.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi, xəlifə rektor Salman Quliyevdir.

Tamaşada baş rolları Təhsil fakültəsinin tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam obrazını Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyev, Leylinin anasını Təhsil fakültəsinin tələbəsi Ramilə Musazadə canlandırıb.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də ilk dəfə nümayiş olunan “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açaraq müsəlman Şərqində opera janrının əsasını qoyub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar