Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sabirabadda “Narkomaniyaya yox deyək” maarifləndirici mövzusunda tədbir keçirilib - ŞƏKİLLƏR

Tarix: 15-05-2019 17:06     Baxış: 2896 A- / A+
Sabirabadda “Narkomaniyaya yox deyək” maarifləndirici mövzusunda tədbir keçirilib


Bu gün Sabirabad rayon İcra Hakimiyyətinin və SRPŞ - nin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.

Manevr.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin əməkdaşları, məktəblilər, müəllimlər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı videoçarx nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov narkotik vasitələrin yaratdığı fəsadlar haqqında məlumat verib. Gənclərin bu bəladan uzaq durmasının vacibliyinin vurğulayan N.İsmayılov bildirib ki, narkomaniya ilə mübarizəni bütün dövlət qurumları aparmalı və maarifləndirici tədbirlər keçirilməlidir.
Sabirabadda “Narkomaniyaya yox deyək” maarifləndirici mövzusunda tədbir keçirilib

Daha sonra çıxış edən RPŞ rəisi Namiq Camalov mövzu ilə bağlı geniş çıxış edərək, narkomaniyanı “Əsrin bəlası” adlandırıb. Gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan N.Camalov belə tədbirlərin vacibliyini qeyd edib. Narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduğunu, bu kimi halların yaşanmaması üçün gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırmağın vacibliyini vurğulayıb. O bildirib ki, narkotik vasitələrdən asılılıq həmin maddələrdən bir və ya bir neçə dəfə istifadə etməkdən qaynaqlanır. Narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeni yetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib. Sonda tədbir iştirakçılarının maraqlandıran suallar cavablandırılıb.

Sabirabad Regional Mədəniyyət
idarəsinin mətbuat xidməti

Sabirabadda “Narkomaniyaya yox deyək” maarifləndirici mövzusunda tədbir keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar