Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vətən sevgisinin alov şəkli

Tarix: 13-05-2019 22:17     Baxış: 3588 A- / A+
Vətən sevgisinin alov şəkli


Bu gün Sabirabad Regional Mədəniyyət İdarəsində Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunmuşdur.

Filmin təqdimatı Sabirabad Rayon Mədəniyyət Mərkəzinin səhnəsində olmuşdur. Filmin nümayişindən öncə Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, Azərbaycan torpağı uğrunda canlarını qurban vermiş fədakar vətən oğullarının sırasında 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuş Səfiyar Məmmədovun həyatından söz açmış, şəhidlik məfhumunun aliliyindən, bu dəyərin müqəddəsliyindən danışmış, canını Vətənçün verən şəhidlərin qanının yerdə qalmayacağını vurğulamışdır. Daha sonra Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə çıxış etdi. O, qeyd etdi ki, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsi tərəfindən “Azərbaycan Milli Qəhrəmanları” silsilə filmləri çəkilir, bu filmlər Qarabağda döyüşən qazi və şəhidlərə həsr olunub, Səfiyar Behbudov haqqında çəkilən “Qəhrəmanlıq zirvəsi” filmi də bu silsilədəndir. Almaz xanım çıxışında Sabirabad rayonunun Suqovuşan ərazisi ilə Səfiyar Behbudovun bağlılığından söz açmışdır. Belə ki, 1988-ci ildə Azərbaycan xalqı öz azadlığını tələb edəndə xalqımızın bu taleyüklü tələbinə Səfiyar Behbudov da içdən və qəlbindəki alovla qoşulmuş, tariximizi, mədəniyyətimizi illərlə sömürən kommunizmə qarşı Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamışdır. Bütün ölkəni əhatə edən bu təşkilatın üzvləri vəhdət olaraq Sabirabad rayonunun Suqovuşan ərazisində toplaşmışlar. Filmin rejissoru Kəmalə Musazadə çıxış edərək iştirakçılara kövrək anlar yaşatmışdır. O, şəhid Səfiyar Behbudovun işgəncələrə məruz qalaraq öldüyündən danışmış və bu ağır işgəncələrə tab gətirib Vətənin heç bir sirrini vermədiyi üçün neftlə yandırılan şəhidimizin cəmi 24 yaşının olduğunu xüsusilə vurğulamışdır.

Daha sonra hərbi vətənpərvərlik işinin gücləndirilməsini təmin etmək, Azərbaycan torpaqlarının bütövlüyü və azadlığı uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın keçdiyi şərəfli döyüş yolu ilə insanları yaxından tanış etmək, yeniyetmə və gənclərə hərbi vətənpərvərlik hislərinin aşılanması və onlarda qələbə ruhunun yüksəldilməsi məqsədilə çəkilmiş, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov haqqında “Qəhrəmanlıq zirvəsi” filmi nümayiş olunmuşdur.

Sabirabad Regional Mədəniyyət idarəsinin mətbuat xidməti


Manevr.az

Vətən sevgisinin alov şəkli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar