Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Şuşanın dağları başı dumanlı”

Tarix: 08-05-2019 20:52     Baxış: 2400 A- / A+
"Şuşanın dağları başı dumanlı”

Bakı səhər Mədəniyyət Baş İdarəsinin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon 53 №-li tam orta məktəblə birlikdə Aərbaycanın dilbər guşələrindən biri Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalının 27-ci il dönümünə həsr olnmuş tədbir təşkil etdi.

Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Lalə Nəsirova açaraq,1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni silahlı birləşmələrinin Şuşanın işğalı ilə bağlı əməliyyat keçirməsindən, şəhərin sonadək müdafiə olunmasından, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilmədiyi haqqında məlumat verdi.
Mərkəzi Kitabananın əməkdaşı İradə Hüseynova Şuşanın mədəniyyətindən, düşmən tərəfindən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrinin dağıdılması, 25 məktəb, 31 kitabxana və 8 mədəniyyət evinin talan edilməsindən söhbət açdı. Sonra Şuşaya həsr olunmuş videoçarx nümayiş olundu.
Sonda məktəbin 7c və 7b sinif şagirdləri Fatimə Məmmədova, Nəzrin Babayeva, Arifə Dadaşova, Lalə Xankişiyeva, Xalidə və Cavid Babakişiyevlər, Yeva Fərəcova və Nəzrin Namazəliyeva Şuşa haqqında məruzə və şeirlər söylədilər.
"Şuşanın dağları başı dumanlı”
"Şuşanın dağları başı dumanlı”
"Şuşanın dağları başı dumanlı”
"Şuşanın dağları başı dumanlı”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar