Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağcabədidə Oxu Bayramı keçirilib

Tarix: 07-05-2019 16:03     Baxış: 3421 A- / A+
Ağcabədidə Oxu Bayramı keçirilib


Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə XI Oxu bayramı keçirilib. Tədbirdə iştirak edən mədəniyyət və təhsil işçiləri, gənclər, ziyalılar və şagirdlər əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş, müxtəlif dillərdə nəşr olunmuş kitablardan, yerli yazarların əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının dövlət himinin səsləndirildikdən sonra MKS-in direktor müavini Təranə Məmmədova ulu öndərin "Kitabxana, xalq millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyət , bilik, zəka mənbəyidir. Ona görədə kitabxanaya hörmət xalqımızın mədəniyyətini nümayış etdirən amillərdən biridir" sözləri ilə tədbiri açıq elan etdi. MKS-in direktoru Məhəbbət Əliyeva çıxış edərək kitab mədəniyyətinin formalaşması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin dövlətçiliyimizin mədəni inkişafına mühüm töhfələr bəxş etdiyini qeyd etməklə bərabər, informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq kitabların hələ də həyatımızda və mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi olduğunu diqqətə çatdırdı.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13.01.2019-cu il tarixli 60/6 məktubunu əldə əsas tutaraq “Ən yaxşı oxucu” müsabiqəsinin qalibləri müəyyən olunmuş və qaliblərə Fəxri Fərman,hədiyyə təqdim olunmuşdur. Həmçini IV Bukteriyal Festivalda müəllifi olduğu “Anamın portreti” bukteriyalı ilə III yerin qalibi olmuş Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Gülşən Quliyevaya və onun komandasına Fəxri Fərmanlar təqdim olunmuşdur.
Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov, Ağcabədi rayon Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov, QHT-i olan Günərzi Qayğı Mərkəzi və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin nəzdində fəaliyyət göstərən İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin əməkdaşları , 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi və s. iştirak etmişdir
Tədbir oxucular və məktəblilər tərəfindən nümayiş olunan müxtəlif kompozisiyalarla və musiqili proqramla başa çatdı.

Ağcabədidə Oxu Bayramı keçirilib
Ağcabədidə Oxu Bayramı keçirilib
Ağcabədidə Oxu Bayramı keçirilib
Ağcabədidə Oxu Bayramı keçirilib

Ağcabədidə Oxu Bayramı keçirilib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar