Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Abşeron

Tarix: 29-04-2019 11:34     Baxış: 2492 A- / A+
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Abşeron

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri Abşeron rayonunun Xırdalan şəhərində gerçəkləşdi.

Manevr.az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin nümayiş etdirdikləri əl işləri, dekorativ-tətbiqi sənət, rəsm əsərləri və digər sənətkarlıq nümunələrinə baxdılar, folklor və musiqi qruplarının çıxışlarını dinlədilər.

Tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru, dekorativ-tətbiqi sənət ustası Ellada Həsənovanın “Muğam-trio” kompozisiyası və süjetli xalçanın nümayişi, digər dekorativ-tətbiqi sənət ustası Günel Hüseynovanın 3D formatında “Sumqayıt”, taxta üzərində işlənmiş “İçərişəhər” kompozisiyaları, keçədən əl işləri qonaqların xüsusi marağına səbəb oldu.

Festivalda balaca ziyarətçilərin də maraqları nəzərə alınmışdı. “Günəşim” və “Cırtdan” kukla teatrlarının hazırladıqları tamaşalar, “Dostluq” Mədəniyyət evinin klounada nömrələri və “Qurd adam”, “Şurun-burun”, “Maşa və ayı”nın personajları uşaqların zövqünü oxşadı.

Həmçinin festivalda 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq müxtəlif nəşr nümunələrindən ibarət kitab guşəsi də qurulmuşdu.

Zəngilan rayonunun folklor kollektivi, Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili komediya xalq teatrı, bir neçə musiqi məktəbinin sazçalanlar ansamblı və rəqs kollektivlərinin çıxışı festivala xüsusi rəng qatdı. Fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilmişdi. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqətini cəlb etdi.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdən öncə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı barədə geniş məlumat verildi. Diqqətə çatdırıldı ki, festivalda Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin hər birinin ekspozisiya çadırları qurulub, regionlar üzrə şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilir.

Ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına dövlət tərəfindən qayğı göstərildiyi vurğulandı. Bildirildi ki, bu layihənin həyata keçirilməsi yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq fürsəti yaradır.

Yaradıcılıq festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları, musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Tədbir iştirakçısı İsmayıl Həsənov festivalın insanlarda xoş ovqat yaratdığını qeyd etdi. Bildirdi ki, festival ölkəmizin bütün regionlarını əhatə etməklə mədəni zənginlik, xalq sənətkarlığı irsi və incəsənət nümunələri ilə tanışlığa vəsilə olur.

Xırdalan şəhər sakini Zərifə Ağayeva tədbirə nəvələri ilə gəldiyini dedi: “Burada balacalar üçün nümayiş olunan səhnəciklər, müxtəlif personajlar onların diqqətini cəlb edir. Bu festival həm uşaqların, həm də böyüklərin marağına səbəb olur”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına may ayının sonunda yekun vurulacaq.

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar